ELDAR MAHMUDOV NİYƏ HƏLƏ DƏ AZADLIQDADIR? -SİRLİ MTN

Eldar Mahmudovun şantaj videoları barədə yazılar ölkə mediasının gündəmini zəbt edib. Hansı ki, bunun təməlini vaxtilə Hacı Məmmədov qoymuşdu və hələ "Qara kəmər" əməliyyatından sonra xəbər yayıldı ki, Hacının əlində minlərlə intim videodisk var.
İçərilərində hətta yüksək çinli məmurların, yaxud onların ailə üzvlərinin də olduğu, bu disklərə görə Eldar Mahmudovun külli miqdarda sərvət yığdığı deyilirdi. İndi aradan 10 il keçib və ola bilsin ki, MTN quldurlarının əlində nəinki min, bəlkə də on minlərlə şantaj videosunun olması da mümkündür.
Yeri gəlmiuşkən, saytlar yazır ki, bu disklər Eldar Mahmudovun və onun quldurbaşısının - Akif Çovdarovun malikanələrində tapılıb, ancaq bu ciddi iddia deyil. Əslində onlar o disklərin kopyasını çoxdan ölkədən çıxarmış olarlar...
Elə tanınmış təhlükəsizlikk eksperti, xüsusi xidmət orqanlarının keçmiş yüksək çinli zabiti İlham İsmayıl da Moderator.az-a açıqlamasında bu iddialar və ehtimallar ətrafında maraqlı fikirlər səsləndirib: ""MTN işi "davam edir və ölkə hələ dürlü-dürlü cinayətlərin şahidi olacaq. Məlum şantaj videoları barədə deyilənlər "şantaj əməliyyatlarının" bir hissəsidir. Şantaj yoluyla pul əldə etmək milisin, polisin həmişə istifadə etdiyi metodlardan biri olub. Polisdən gəlib xüsusi xidmət orqanına düşənlər qarşılarında texniki-əməliyyat imkanlarının geniş meydanını görüb maksimum yararlanmağa başladılar. Sözügedən intim çəkilişlər, imkanlı şəxslərin,o cümlədən məmurların övladlarının narkotika ilə həbs edilməsi, cinsi azlıqların telefonlarından vəzifəli və imkanlı şıxslərin mobil telefonuna zənglər edilməsi və sonunda guya cinsi azlıqların hansısa uydurma cinayət işində həmin şəxslərin yalançı istintaqa cəlb olunması kimi şantaj metodlarla MTN-in küllü miqdarda pul toplaması cəmiyyət arasında danışılan, müzakirə olunan mövzu olub. Bu metodla pul əldə etmək demək olar ki, son günlərədək-yəni 17 oktyabr 2015-ci ilədək davam edib. 
Hacı Məmmədova gəldikdə isə onun əlində ola bilsin ki, bir neçə intim videokaset olsun, amma onun texniki imkanları MTN-in yanında çox məhdud və müqayisəolunmazdır. Minlərlə videokasetin mövcud olması da inandırıcı deyil. Söhbət imkanlı, vəzifəli şəxslərin, onlara yaxın adamların, hətta ailə üzvlərinin intim çəkilişlərindən gedə bilər ki, bu da bütün imkanlı və vəzifəli şəxslərə aid deyil və onların saxlanması, xaricə ötürülməsi kütləvi şəkildə ola bilməz. Mümkündür ki, bir neçə vacib fiquru şantaj etmək üçün əldə komprmaterial kimi bir neçə video olsun ki, o da az ehtimal olunur. Sadəcə qeyd etmək lazımdır ki, bəzən az ehtimal olunan versiya həqiqətin ipucu ola bilir. Yəni vacib siyasi fiqurların şantaj olunmasını gücləndirən faktor bu gün Eldar Mahmudovun həbs olunmaması amiliylə güclüdür və müəyyən dairələrdə məntiqi söz-söhbətin predmeti olmaqla suallar doğurur - Əcəba, "qırx quldur həbs olunur, amma Əbu-Həsən azadlıqdadır" Niyə?! Kiminsə həbs olunması nə mənim istəyimdir, nə arzumdur, nə də hədəfim. Fark etməz. Amma, nə siyasi kuluarlardakı söz-söhbətin, nə bizim (sizin) kənddəki dedi-qodunun sonunda həqiqətin bir parçası olacağına şübhə yeri qalmır... 
Videokasetlərin MTN rəhbərlərinin malikanələrindən çıxması da inandırıcı görsənmir. Belə materiallar məqsədə çatanda adətən məhv edilir, məqsədə nail olmaq mümkün olmadıqda, perspektiv üçün nəzərdə tutulanda şəxsi evlərdən çox kənar, etibarlı yerlərdə saxlanılır. 
Təəəssüf ki, dövlətin ən vacib strukturunun adı bu cür ucuz və iyrənc əməllərin törədicisi kimi hallanır. Dövlət Təhlükəsizlik Xidməti dövlətin ən etibarlı bir təşkilatı olduğunu, təmiz və peşəkarlardan ibarət xüsusi xidmət orqanı olduğunu sübut etmək üçün xeyli iş görməlidir. Çətindir, amma vacib və şərəflidir.






Fikirlər