SELİN DİON qiyməti 30 MİLYON dollar azaltdı - VİDEO - FOTO

Dünyanın ən məşhur müğənnilərindən biri, kanadalı Selin Dion ABŞ-ın Florida ştatındakı superlüks villasının satış qiymətini azaldıb.

AzerTaym.az Milli.Az istinadən bildirir ki, Yupiter Aylend adasında yerləşən villasını 47 yaşlı müğənni 2013-cü ildə 75,5 milyon dollara satışa çıxarmışdı. Lakin o vaxtdan bəri villanı alan olmadığından S.Dion indi qiyməti 30 milyon dollar aşağı salıb və villanı 45,5 milyon dollara satmağa razı olduğunu deyib.
Müğənninin dediyinə görə, 73 yaşlı əri Rene Anjeli vəfat edəndən sonra o villada yaşamağa çətinlik çəkəcək.
Selin Dion hazırda ABŞ-ın Nevada ştatındakı Las-Veqas şəhərində, "Caesars Palace" otel və kazino kompleksində oğulları, 14 yaşlı Rene-Şarl və 5 yaşlı əkizlər Eddi ilə Nelsonla yaşayır. Müğənni elə Las-Veqasda da yaşamını davam etdirmək niyyətindədir.
 

 

 






Fikirlər