ƏDALƏT Şükürov hansı MƏMUR DOSTUNA görə Xoşqədəmə VİLLA BAĞIŞLAYIB?!
“Qafqazinfo” saytı teleaparıcı Xoşqədəm Hidayətqızı ilə əməkdar artist Ədalət Şükürov arasındakı villa qalmaqaldan yazıb: “ Məşhur aparıcı Ədalət Şükürovun Saray qəsəbəsindəki villasını alıb. Hidayətqızı iki ilə yaxındır ki, villanın pulunu Şükürova vermək istəmir”. Əməkdar artist “Qafqazinfo”ya açıqlamasında məlumatı nə təkzib, nə də təsdiq edib: “Bu haqda heç nə deməyəcəm. Bizim şəxsi məsələmizdir, açıqlamaya ehtiyac yoxdur”. Görəsən, Ədalət Şükürov nə üçün açıqlamaya ehtiyac görmür? "AzerTaym.az" bildirir ki,nuh.az-a daxil olan məlumata görə, əslində Ədalət Şükürov villasını Xoşqədəm Hidayətqızına satmayıb, bağışlayıb. Sual oluna bilər ki, külli miqdarda dəyəri olan villanı Ədalət Şükürov nə üçün bağışlayıb..? Mənbənin məlumatına görə, “Səni axtarıram” verilişinin müəllifi Xoşqədəm Hidayətqızı bu villanı kimisə “biabır etməməyin əvəzində” əldə edib. Daha doğrusu, Ədalət Şükürovla yaxın dost olan məmurlarımızdan birinin Rusiyada ailəsi və uşağı olması barədə “Səni axtarıram” verilişində məlumat getməli imiş. Bunun qarşısını almaq üçün villa söhbəti ortaya çıxıb. Məmurun adı bəlli olsa da müəyyən səbəblərdən açıqlamırıq. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.