VANQANIN öngörüsü çin olur: “AVROPADA MÜHARIBƏ…” - Video

 bitmap-img6

20 il öncə dünyasını dəyişən, proqnozları 85 faiz doğru çıxan bolqarıstanlı Vanqa ölməzdən öncə verdiyi proqnozla özünü doğrultmaqdadır

 

Qeyd edək ki, bu yazı 17 gün öncə mart ayının 5-də yerli mediada yayımlanıb. 
Bu gün Brüsseldə baş verən terror aktıda Vanqanın verdiyi proqnozları doğruldur. Həmin yazını sizlərə təqdim edirik :
Hazırda Avropanın miqrant böhranı yaşaması, müsəlmanların sürətlə bu qitədə məskunlaşması və terror təşkilatlarının Avropa ölkələrini təhdid etməsi fonunda Vanqanın 2016-cı il proqnozu yenidən gündəmə gəlib. ABŞ-dakı 11 sentyabr hadisəsi və 2004-cü ildə Hind okeanındakı sunami ilə bağlı proqnozları doğrulan Vanqa 2016-cı illə bağlı deyib: “2016-cı ildə ifratçılar Avropaya böyük hücum təşkil edəcəklər. Bundan sonra Avropanın böyük hissəsi xarabalığa çevriləcək, orada insanlar yaşamayacaq”.
 
Vanqanın burada “ifratçılar” deməklə hazırda ən bədheybət terror təşkilatı sayılan İŞİD-I nəzərdə tutduğu barədə ehtimallar sürətlə yayılmaqdadır. Bu gün Avropanın bir sıra şəhərlərində baş verən terror aktları da bunun əyani sübutudur.
 
2010-cu ilin sonunda ərəb ölkələrində başlayan “Ərəb baharı” adı altındakı qiyamlar hələ də davam edir. Bu qiyam və qətliamların, terror şəbəkələrinə geniş imkan verən xaosun nəticəsi isə Avropaya ağır şəkildə təsir edir. Hazırda İŞİD-in Avropaya hücum edəcəyi barədə şok təhdidinin yayılması, həmçinin Avropa ölkələrindən olan terrorçuların bu hücumun reallaşmasını asanlaşdıracağı barədə qorxular qoca qitəni fəlakətin gözlədiyi barədə Vanqa proqnozuna inananların sayını artırıb.
 
Vanqanın proqnozuna görə, Avropanın əhalisi 2026-cı ildə tükənmə səviyyəsinə gələcək. O, 2043-cü ildə müsəlmanların Avropanın hakimi olacağını və burada yeni dövlət yaradacaqlarını da bildirib.
 
Vanqanın ölmədən əvvəlki öncəgörmələrini təkrar yada salaq:
 
2016 – İfratçılar ( İŞİD) Avropa hücum edəcək, Avropa faktiki boşalacaq, əhalinin sayı azalacaq.
 
2018 – Çin dünyanın əsas dövləti olacaq.
 
2026 – Avropada az sayda da olsa, insan yaşayacaq.
 
2028 – Yerin yeni enerji qaynağı olacaq. Böyük ehtimalla bu, termonüvə reaksiyalarının nəzarət altına alınmasıyla əldə ediləcək. Aclıq artıq problem olmayacaq. Veneraya pilotlarla kosmik gəmilərin uçuşu başlayacaq.
 
2033 – Qütb buzları əriyəcək, dünya okeanının səviyyəsi yüksələcək.
 
2043 – Müsəlman bir dövlət yenidən Avropanın yeganə hökmdarı olacaq.
 
2046 – Süni insan orqanları yaradılacaq.
 
2066 – Müsəlmanların əlində olan Romaya hücum zamanı ABŞ iqlim dəyişikliyinə gətirib çıxaran yeni silahdan istifadə edəcək. Bu, ani donma yaradacaq.
 
2076 – İnsanlar arasında təbəqələşmə aradan qalxacaq. Bütün dünyada kommunizm hakim olacaq.
 
2084 – Təbiət yenidən yaranacaq.
 
2088 – Yeni xəstəlik yayılacaq, insanlar bir neçə saniyə içərisində yaşlanacaqlar.
 
2091 – Xəstəliyin müalicəsi tapılacaq.
 
2100 – İnsanın yaratdığı süni günəş Yer kürəsinin qaranlıq tərəfini də işıqlandırmağa başlayacaq.
 
2125 – Macarıstanda kosmosdan siqnal alınacaq və insanlar təkrar Vanqanı xatırlayacaqlar.
 
2130 – Yadplanetlilərin tövsiyyəsilə su altında yaşayış koloniyaları salınacaq.
 
2154 – Heyvanlar yarı insana çevriləcəklər.
 
2167 – Yeni bir din ortaya çıxacaq.
 
2170 – Yer kürəsində böyük quraqlıq və qıtlıq başlayacaq.
 
2183 – Marsdakı koloniya Yer kürəsindən müstəqillik istəyəcək.
 
2201 – Günəşdəki termonüvə reaksiyaları zəifləyəcək.
 
2256 – Kosmik səfərlər Yer kürəsinə yeni xəstəliklər gətirəcək.
 
2262 – Planetlərin təbiəti ardıcıl dəyişməyə başlayacaq. Mars bir ulduzla toqquşmaq təhlükəsilə üzləşəcək.
 
2288 – Zaman yolçuluğu başlayacaq, yadplanetlilərlə yeni təmaslar olacaq.
 
2299 – Fransada islama qarşı üsyan başlayacaq.
 
2480 – İnsanın süni yaratdığı iki günəş toqquşacaq. Dünya yenidən qaranlıqda qalacaq.
 
3005 – Marsda müharibə başlayacaq.
 
3797 – Yer kürəsindəki bütün canlı həyat məhv olacaq. İnsanlar Günəş sistemində yeni yaşayış yerləri axtarmağa başlayacaqlar.(Axar.az)
 

 






Fikirlər