OSMANLI dəliləri haqqında bilmədiklərimiz - Video

Silah olaraq əyri pala, qalxan, mizraq götürərlərdi. Qalxanları quş tükü ilə bəzədilən dəlilərin geyimləri şir, pələng və tülkü dərisindən, şalvarları ayı və ya qurd dərisindən olardı. Ayaqlarına isə şişburun, mahmızlı çəkmə geyərlərdi... Bayraqlarına “qismətdə nə varsa, o, başa gələr” yazılardı. Süvarilərdən ibarət olan bu birlik döyüşlərdə üstün cəsarət göstərmələri və fərqli geyimləri olduğu üçün “dəli” adını alıblar.

 

Axar.az xəbər verir ki, bu barədə Yutub sosial şəbəkəsində yerləşdirilmiş Osmanlı dəliləri haqqında videoda məlumat verilir. Videoda dəlilərin ordunun ön sıralarında döyüşdükləri, cəsurluqla düşmənlərin üzərinə atıldıqları üçün xalq tərəfindən “dəli” adlandırıldıqları, yeniçərilər kimi dəlilərin də piri olduğu haqqında danışılır.

 

Ümumiyyətlə, igidlər barədə "dəli" ifadəsi bir zamanlar türklər arasında geniş yayılıb. Təsadüfü deyil ki, Koroğlunun döyüşçüləri də "dəli" adlandırılır.

 

Sözügedən yanaşmanın maraqlı olduğunu nəzərə alaraq, videonu təqdim edirik:

 

 






Fikirlər