Prezidentlərin görüşü manşetlərdə - “İKİ DÖVLƏT,BİR MİLLƏT!”
Medianın manşet mövzusu olan bu xəbər bir sıra maraqlı başlıqlarla diqqət çəkib. Türkiyənin “Haber.7” saytında 2 prezidentin yanaşı şəkilləri “Putini dəli edən kadr. İki dövlət bir millət” başlığıyla verilib.
Bundan əlavə, “Haberler” saytı Azərbaycan Prezidentinin Türkiyəyə səfərini “Böyük jest! Ərdoğan gedə bilmədi, Əliyev gəldi” başlıqlı yazıyla təqdim edib. Həmçinin 2 dövlət başçısının qarşılanma mərasimində səmimi münasibətini əks etdirən digər xəbərdə “Nə də olsa qardaş ölkədir! Ərdoğanı görər-görməz sarıldı” başlığıyla verilib.
“Milliyet” qəzetinin rəsmi saytında Azərbaycan Prezidentinin Türkiyəyə səfəri və Ərdoğanla təkbətək görüşü “Əliyevdən böyük jest: Bu gün Ankaraya gəlir” və “İlham Əliyev Ərdoğanın qonağıdır” başlıqlı xəbərlərlə oxuculara təqdim olunub.
Məlumat üçün bildirək ki, səfər zamanı 2 dövlət arasında əməkdaşlığın inkişafı məsələləri, regional və beynəlxalq məsələlər müzakirə olunub. Eyni zamanda Dağlıq Qarabağ regionunda baş verən son vəziyyət haqqında fikir mübadiləsi aparılıb. Ankarada Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V iclası keçirilib. İclasdan sonra 2 dövlət arasında strateji əhəmiyyətli 6 saziş imzalanıb.