Mikayıl Cabbarov VERGİLƏR NAZİRİ oldu
Prezident İlham Əliyev Mikayıl Cabbarovun vergilər naziri təyin edilməsi haqqında sərəncam imzalayıb. AzerTaym.az xəbər verir ki, sərəncamda deyilir: “Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram: Mikayıl Çingiz oğlu Cabbarov Azərbaycan Respublikasının vergilər naziri təyin edilsin”.