Azərbaycana yay DAXİL OLDU

  Related image

22 iyun ən uzun gün olacaq

Azərbaycana yay fəsli daxil olub. AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Elçin Babayev “Report”a açıqlamasında bildirib ki, yaz bu gün saat 08:24-dən etibarən yay fəsli ilə əvəz olunub.

Qeyd edək ki, payız sentyabrın 22-dən 23-ə keçən gecə saat 00.02-də, qış isə dekabrın 21-də, saat 20.28-də gələcək.

yay, ən isti mövsümdür. Şimali yarımkürəsinin ən uzun günləri yayda reallaşar. İsti günlər Şimal yarımkürəsində 21 iyun ilə 22 sentyabr arasında, Cənub yarımkürəsində isə 22 dekabr ilə 21 mart arasındadır.

22 iyun - yay gündönümüdür. Şimal yarım kürəsində yay, Cənub yarım kürəsində qış başlanır. Şimal yarım kürəsində hava isinir, gündüzlər uzanır, gecələr və kölgələr qısalır. 22 iyunda Şimal yarım kürəsində ən uzun gündüz, ən qısa gecə olur. 

Günəş 22 iyundan başlayaraq yenidən ekvatora doğru hərəkət edir və 23 sentyabrda ekvatorda zenitdə olur.AzerTaym.az






Fikirlər