5 nəfər yüksək vəzifəyə təyin edildi - FOTO
Milli Məclisin sədri Sahibə Qafarovanın sərəncamı ilə parlament aparatında kadr dəyişiklikləri aparılıb. Kənan Axundov Milli Məclisin Dövlət qulluğu kadr məsələləri şöbəsinin Şəxsi işlərin aparılması sektorunun müdiri Kənan Axundov vəzifəsindən azad edilib. O, Milli Məclisin sədr müavininin köməkçisi təyin edilib. Kəmalə Əzimova Milli Məclisin İqtisadi və sosial qanunvericilik şöbəsini Humanitar məsələlər sektorunun müdiri Kəmalə Mustafa qızı Əzimova vəzifəsindən azad edilib. O da Milli Məclisin sədr müavininin köməkçisi təyin edilib. Emin Abdullayev Milli Məclis sədri müavininin köməkçisi Emin Vaqif oğlu Abdullayev da vəzifəsindən azad edilib. Şahin Quliyev Milli Məclisin İqtisadi və sosial qanunvericilik şöbəsini Humanitar məsələlər sektorunun müdiri vəzifəsinə Şahin Xanbaba oğlu Quliyev təyin edilib. O, bundan əvvəl Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdir müavini vəzifəsində çalışıb. Nadir Sultanov Həmin şöbənin müdir müavini vəzifəsinə Nadir Rafiq oğlu Sultanov təyin edilib. Nadir Sultanov bu vəzifəsindən əvvəl İqtisadi qanunvercilik şöbəsinin Mülki hüquq qanunvercilik qanunvericiliyi sektorunun müdiri vəzifəsində çalışıb.(Qaynarinfo.az)