Tramp: "ÜZR istəməyəcəm"

Tramp: "Üzr istəməyəcəm"

ABŞ prezidenti Donald Tramp Afrika ölkələri və Haitini “zibil qutusu” adlandırması ilə bağlı açıqlama verib.

Publika.az xəbər verir ki, Donald Tramp jurnalistlərə bildirib ki, üçüncü dünya ölkələrinin ünvanına heç bir təhqiredici söz işlətməyib: "Mənim sözlərim təhrif olunur. Bu günə qədər ABŞ tarixində müsahibə götürdüyünüz insanlar arasında irqçilikdə günahlandırılacaq ən son şəxs mənəm. Mən heç bir ölkəni təhqir etməmişəm, üzr istəməyəcəm”.

Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın Ağ Evdə keçirilən müşavirə zamanı üçüncü dünya ölkələrini, xüsusilə - Haiti, Salvador və bir sıra Afrika ölkələrini "zibil qutusu" adlandırması Afrika ölkələrinin BMT-dəki səfirlərini ciddi narahat edib.

BMT-nin iclasında bu məsələni müzakirə edən səfirlər ABŞ prezidentindən dərhal üzr istəməsini tələb ediblər.






Fikirlər