Yanvarda havalar necə olacaq? - Aylıq hava PROQNOZU
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, yanvarayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxınolacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər çoxolacağı ehtimalı var. Bakıda və Abşeron yarımadasında - Orta aylıq temperaturun 4-6 dərəcə isti (gecələr2-7 dərəcə isti,bəzi günlərdə 3 dərəcəyədək şaxta, gündüzlər 8-13, bəzi günlərdə 1-5 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox(norma 18-28mm)olacağı gözlənilir. Naxçıvan Muxtar Respublikasında - Orta aylıq temperaturun 3 dərəcə şaxtadan 1 dərəcəyədək isti (gecələr 5-10, dağlıq ərazilərdə 16-21 dərəcə şaxta, gündüzlər 7-12dərəcə isti, bəzi günlərdə0-5 dərəcə şaxta) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 14-25 mm) olacağı gözlənilir. Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında - Orta aylıq temperaturun 1-4 dərəcə şaxta (gecələr 0-5, bəzi günlərdə 8-13dərəcə şaxta,gündüzlər 5-10dərəcə isti, bəzi günlərdə0-5 dərəcə şaxta) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox(norma16-24 mm) olacağı gözlənilir. Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında - Orta aylıq temperaturun1-3 dərəcə isti (gecələr 0-5 dərəcə isti, bəzi günlərdə 5-10 dərəcə şaxta, gündüzlər 8-13dərəcə isti, bəzi günlərdə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 10-32mm) olacağı gözlənilir. Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında - Orta aylıq temperaturun2 dərəcə şaxtadan 3 dərəcəyədək isti (gecələr 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti,bəzi günlərdə 7-12, yüksək dağlıq ərazilərdə 17-22 dərəcə şaxta, gündüzlər 6-11 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma22-49mm) olacağı gözlənilir. Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında - Orta aylıq temperaturun 2-5dərəcə isti (gecələr0-5 dərəcə isti, bəzi günlərdə 2-7 dərəcə şaxta, gündüzlər10-15,bəzi günlərdə2-7dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma17-30 mm) olacağı gözlənilir. Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında -Orta aylıq temperaturun 2-6dərəcə isti (gecələr 2-7 dərəcə isti, bəzi günlərdə 0-5, dağlarda 10-15dərəcə şaxta, gündüzlər 8-13 dərəcə isti, bəzi günlərdə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti)olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 63-98 mm)olacağı gözlənilir. AzerTaym.az