İnam Kərimov xanım məmura VƏZİFƏ VERDİ

İnam Kərimov xanım məmura vəzifə verdi

Kənd Təsərrüfatı Nazirliyində ümumi şöbənin müdiri vəzifəsinə təyinat olub.
Bunu "Report"a Kənd Təsərrüfatı Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Hüseynov deyib.
O bildirib ki, bu vəzifəyə Qumaş Həsənli təyin edilib.
Qeyd edək ki, Qumaş Salman qızı Həsənli 21 mart 1988-ci ildə Bakı şəhərində anadan olub. 2005-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olub, 2011-ci ildə Bakı Slavyan Universitetinin Magistratura pilləsinə qəbul olunub. Hazırda Prezident yanında İdarəçilik Akademiyasında Rəhbər kadrların yenidən hazırlanması fakültəsində magistr pilləsi üzrə təhsilini davam etdirir. 2015-ci ildə Kənd Təsərrüfatı Nazirliyinin Hüquq, kadr və yerli orqanlarla iş şöbəsinin Kadr və yerli orqanlarla iş sektorunun baş məsləhətçisi vəzifəsinə qəbul olunub. 2016-cı il 1 iyun tarixində Ümumi şöbənin Sənədlərin qəbulu, qeydiyyatı və icraya nəzarət sektorunun müdiri, 4 noyabr 2016-cı il tarixində Ümumi şöbənin müdirinin müavini-Vətəndaşların qəbulu, ərizə və şikayətlərlə iş sektorunun müdiri təyin edilib. Bu ilin mayın 1-dən isə ümumi şöbənin müdiri vəzifəsini müvəqqəti olaraq icra edir.

 






Fikirlər