Saakaşvilinin YAXIN adamı HƏBS edildi

Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin eks-qubernatoru Mixail Saakaşvilinin tərəfdarı olan Severion Danqadze həbs olunub.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ukrayna Baş Prokurorluğunun mətbuat katibi Larisa Sarqan söyləyib. Sarqan onun Ukraynanın ərazi bütövlüyü və toxunulmazlığına qəsddə ittiham edildiyini bildirib. Danqadzeni 5 il müddətinə həbs cəzası gözlədiyi vurğulanıb.

Qeyd edək ki, Danqadze Saakaşvilinin partiyasının Kiyev bölməsinə rəhbərlik edir. Onun adı Saakaşviliyə qarşı açılan cinayət işində yer alıb. Kiyevin iddiasına görə, məhz Danqadze Saakaşvilinin rusiyayönlü biznesmen Sergey Kurçenko ilə əlaqəsini təşkil edib.






Fikirlər