Sabirabadın icra başçısı Nazim İsmayılov Göyçay şəhərində oğlu Anar İsmayılov üçün tikdiryi imarətin topraq sənədlərini başqasının adına keçirir
İcra başçısının oğlu üçün tikdirdiyi imarətin torpağı məhşur azərbaycanlı iş adamı, hazırda Rusiyada iflası elan olunan Telman İsmayılovun, (AST Telman), ata yurdunun yerləşdiyi torpaq olub.
Nazim İsmayılovun oğlu Anar İsmayılov üçün həmin torpaq sahəsini 70 min manata aldığı iddia olunur.
Bir neçə gün əvvəl Sabirabad icra başçısı Nazim İsmayılovun Göyçay şəhərində oğluna dəbdəbəli villa tikdirməsi ilə bağlı məlumat vermişdik. Həmin məlumatda qeyd etmişdik ki, icra başçısı Göyçay şəhər Gənclər Mərkəzinin arxasında aldığı torpaq sahəsində oğlu Anar İsmayılova imarət ucaldır.
AzFakt.com Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılovun oğluna villa tikdirməsi xəbərindən bir müddət sonra icra başçısının oğlu Anar İsmayılov saytımızla əlaqə yaradaraq həmin ərazinin onlara məxsus olmadığını və qeyd olunan ərazidə villa tikdirmədiklərini iddia edib. Anar İsmayılov saytımıza bildirdi ki, "saytınıza informasiya verən mənbə mənimlə bağlı yanlış məlumat verib nə o ərazi nədə onun ətrafında bizə aid heç bir topraq sahəsi yoxdur". İcra başçısının bu açıqlamasından sonra yenidən Göyçay şəhərindəki mənbələrimzlə əlaqə yaratdıq.
AzFakt.com Göyçaydakı etibarlı mənbəyə istinadən xəbər verir ki, Nazim İsmayılov və oğlu Anar İsmayılov imarət tikdirmələri barədə yayılan xəbərlərdan çox ciddi şəkildə narahat olublar. Məhz buna görədə icra başçısı oğlunu məcbur edib ki, açıqlama versin. Amma Nazim İsamyılov bununla kifayətlənməyərək Göyçay şəhərində Gənclər Mərkəzinin arxasındakı ərazini oğlu Anar İsmayılovun adından çıxarıb başqa bir şəxsin adına sənədləşdirməyə qərara verib.
Mənbəmiz qeyd edir ki, icra başçısının oğlu üçün tikdirdiyi imarətin toprağı məhşur azərbaycanlı iş adamı, hazırda Rusiyada iflası elan olunan Telman İsmayılovun, (AST Telman), ata yurdunun yerləşdiyi torpaq olub. Ərazini başqa bir şəxs İsmayılovlardan aldıqdan sonra oradakı köhnə evi uçurub. Daha sonra isə baha qiymətə Nazim İsayılovun oğluna və dgigər bir şəxsə satıb.
Məlumatlı şəxs iddia edir ki, Nazim İsmayılovun oğlu Anar İsmayılov üçün həmin torpaq sahəsinə 70 min manata alıb. Qeyd edək ki, Göyçay şəhərində ən bahalı ərazi məhz Gənclər Mərkəzinin arxası hesab olunur.
Aldığımız məlumata görə, artıq Naizm İsmayılov oğlu üçün tikdirdiyi imarətin topraq sahəsinin başqa bir şəxsin adına keçirilməsi prosesini başa çatmaqdadır və mənbə bildirir ki, həmin şəxsin kimliyini yaxın günlərdə dəqiqdəşdirib saytımıza məlumat verəcək. Çox güman ki, icra başçısı yaxud oğlu torpağın onlara aid olmaması ilə bağlı sənədləri yaymaqla məsələdən qurtulmağa çalışacaqlar. Ancaq Göyçay şəhərində hər kəs yaxşı bilir ki, Anar İsmayılov özünün "Lexsus" aftomobili ilə gündə 3 dəfə tikilən imarətə baş çəkir. Bunu icra başçısının oğlu bunu boynuna almasa da, Göyçaydakı mənbələrimiz təsdiq edir.
Bildirək ki, Sabirabad icra başçısı Nazim İsmayılovun Göyçay rayonunda böyük mal-mülk sahələri, obyekləri mövcuddur. Bu obyektlərdən ən böyüyü rayonin Heydər Əliyev prospekti 88-də yerləşən "Çinar Mehmanxana"sı, "Çinar" şadlqı evi və ətrafındakı bir neçə obyektdir. Mənbəmiz iddia edir ki, Nazim İsmayılov və oğlu bu obyektlərin bu obyektlərin onlara məxsus olmadığını iddia edirlərsə, bu "başını kola soxan" dəvə məsələsinə oxşayar.
Qeyd edək ki, Göyçay şəhərində ən dəbdəbəli otellərdən biri olan "Çinar" otelin müasir srandartlara cavab verən bir obyektdir. Yaxın günlərdə icra başçısının oğlu Anar İsmayılovun işlətdiyi bu obyekətlərdən geniş reportaj hazırlayacağıq. Bizi izləməkdə davam edin.
Qarşı tərəfin mövqeyini verməyə hazırıq.
Nazim İsmayılovun oğluna məxsus "Çinar"mehmanxanası
pia.az