Leyla və Arif Yunuslar ÖLKƏNİ TƏRK EDİB

leyla

“Leyla Yunus və Arif Yunusa ölkəni tərk etməyə icazə verilib. Onlarla axşam danışmışam. Həkim Vit onları müayinə üçün ölkəyə gəlmişdi. Onların səhhətlərinin çox ağır olması barədə yenidən əsaslandılmış rəy yazmışdı. Onlar müalicə üçün ölkədən buraxılıblar”.

APA-nın məlumatına görə, bunu vəkil Elçin Sadıqov “facebook” səhifəsində yazıb.

Vəkil onu da qeyd edib ki, tam bəraət alınana qədər məhkəmə işləri davam edəcək.

E. Sadıqov APA-ya bıdirib ki, Yunuslar bu səhər Azərbaycanı tərk ediblər. Onlar müalicə üçün Hollandiyaya gediblər.






Fikirlər