ZAKİR HƏSƏNOV: "Düşmənin mövqeyində yerləşən postlar dağıdılıb" - FOTO
"Azərbaycan ordusu ermənilərin təxribatlarına cavab olaraq növbəti dəfə düşmənə sarsıdıcı zərbə endirib".
AzerTaym.az xəbər verir ki, bunu müdafiə naziri general-polkovnik Zakir Həsənov Tərtər rayon sakinləri ilə görüşündə deyib.
Müdafiə naziri qeyd edib ki, ötən gecə ermənilər yenidən atəşkəs rejimini pozaraq cəbhəboyu yaşayış məntəqələrini atəşə tutub: "Cəbhədə erməni hərbi birləşmələrinin növbəti təxribatlarının qarşısını Azərbaycan ordusu layiqincə ala bilib və düşmənə sarsıdıcı zərbələr endirib. Düşmənin mövqeyində yerləşən postlar dağıdılıb".