“Bu problemin bircə həll yolu var – MÜHARİBƏ!”

Araz Əlizadə: “İlham Əliyevə qurduğu güclü orduya görə minnətdaram”

Millət vəkili Araz Əlizadə Moderator.az-a açıqlamasında Qarabağ probeminin sülh yolu ilə həlli perspektivini şərh edib. Millət vəkili problemin yalnız və yalnız müharibə yolu ilə həllinə inandığını vurğulayıb:

“Bu konfiliktin ilk günündən qeyd etmşəm ki, Qarabağ probleminin həll etməyin sadəcə bir yolu var, bu da müharibədir. Bunun başqa həlli yolu yoxdur. Doğrudur, prezident İlham Əliyev qan tökülməsinin qarşısını almaq, problemi sülh yolu ilə həll etmək üçün çox böyük səylər göstərir. Mən bu humanist səyləri yüksək qiymətləndirirəm. Ölkə başçısına qurduğu güclü ordu üçün də minnətdaram. Ümid edək ki, Ermənistan bir gün mövcud reallığı düzgün qiymətləndirəcək və problemin həlli istiqamətində üzərinə düşən addımları atacaqdır”.






Fikirlər