“Qarabağın həllindən utanaraq yayınırıq” - Lukaşenko

 


 

 

 

Belarus Prezidenti Aleksandr Lukaşenko MDB-nin postsovet məkanında mövcud ciddi problemlərin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı çağırış edib. 

AzVision.az “Belta” agentliyinə istinadən xəbər verir ki, Qazaxıstanda MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə keçirilmiş iclasında çıxış edən A.Lukaşenko deyib ki, MDB əsas problemlərin həlli istiqamətində müvafiq addımlar atmalıdır: “ Problemin həlli kimdən aslıdırsa onunla danışıqlar aparılmalıdır. Yoxsa əməkdaşlığımızın sonu olar.”

O, qeyd edib ki, Dağlıq Qarabağ, Dnestryanı və Ukraynadakı münaqişələri həll etməklə təşkilatın nüfuzu olacaq və ona tələbat artacaq:

“Biz hətta bu məsələlərdən utanaraq yayınırıq. Sanki vərdiş etmişik ki, amerikalılar, Avropa İttifaqı və kimsə “güclü day-day” gələrək bizə bu problemi hansı istiqamətdə həll etməyi göstərəcək və ya onu bizim yerimizə həll edəcək. Hazırda postsovet məkanında müzakirələr yolu ilə problemlərin həlli üçün dərin və münbit şərait yaranıb”.






Fikirlər