“Xaricdən gələn BƏZİ HƏKİMLƏR icazəsiz fəaliyyət göstərirlər”
“Xarici həkimlərin Azərbaycana gəlib işləməsi Səhiyyə Nazirliyinin xüsusi komissiyası tərəfindən tənzimlənir”.
APA-nın xəbərinə görə, bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib. O bildirib ki, müvafiq komissiya 1-2 aydan bir öz iclaslarını keçirir.
Nazir müavini qeyd edib ki, Azərbaycanda fəaliyyət göstərəcək həkimlər diplomlarını Təhsil Nazirliyitərəfindən təsdiq etdirirlər, sonra isə sənədlərini nazirliyə təqdim edirlər: “Əfsuslar olsun ki, bəzi hallarda bundan yayınanlar da olur. Biz onları dəvət edirik ki, belə hallardan yayınmasınlar. Səhiyyə Nazirliyinin komissiyasından keçdikdən sonra həkimlərin fəaliyyətinə icazə verilir”.