“Heydər Əliyevin adını maşının kapotuna yazıblar”
Millət vəkili Elmira Axundova parlamentin bugünkü plenar iclasında mərhum dövlət başçısı Heydər Əliyevin səsinin və adının aidiyyatı olmayan yerlərdə işlədilməsinə əleyhinə olduğunu bildirib. “Qafqazinfo” xəbər verir ki, o, bu məsələdə xüsusilə dövlət yol polisinin üzərinə məsuliyyət düşdüyünü vurğulayıb: “Heydər Əliyev sözünü maşınların kapotlarından yığışdırmaq lazımdır. Eyni zamanda onun səsini telefonlardan yığışdırılması gərəkdir. Mən onun səsini zəng əvəzinə telefonuma yükləməyəcəm, adını maşınımın kapotuna da yapışdırmayacam. Heydər Əliyevə sevgi ürəkdə olmalıdır. Bu yaxınlarda bir diplomat mənə zəng elədi ki, sizin yol polisi əməkdaşları hara baxır?! Heydər Əliyevin adı maşın kapotuna yazılıb”.