Fikrət Məmmədov hakimi vəzifədən çıxardı - Korrupsiyaya görə

“Fikrət Məmmədov hakimi vəzifədən çıxardı - Korrupsiyaya görə

Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.

Qafqazinfo” xəbər verir ki, iclasda şuranın sədri, Ədliyyə naziri Fikrət Məmmədov çıxış edib.

Toplantıda hakimlər barədə intizam icraatlarına baxılaraq kobud qanun pozuntularına və korrupsiyaya şərait yaradan hallara yol verdiyinə görə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Akşin Əfəndiyev tutduğu vəzifədən azad olunaraq başqa işə keçirilib.

Sumqayıt Şəhər Məhkəməsinin hakimi İlyas Mahmudova və Zaqatala Rayon Məhkəməsinin hakimi Arif İsmayılova töhmət verilməsi barədə qərarlar qəbul edilib, vətəndaşların haqlı narazılığına səbəb olan ciddi nöqsanlara, o cümlədən süründürməçilik hallarına yol verdiyinə görə 1 hakim barədə intizam icraatı başlanılıb.

 






Fikirlər