“Hərbi xərclərin artırılmasını doğru addım hesab edirəm”
Pənah Hüseyn: “Torpaqlarının 20%-ni itirən dövlət kimi güclü orduya ehtiyacımız var” Məlum olduğu kimi, 2017-ci ilin dövlət büdcəsinin xərclər hissəsinə dəyişiklik olunub və hərbi xərclər 1 milyard manat artırılıb. Maraqlıdır, hazırda iqtisadi-maliyyə durumu o qədər də ürəkaçan olmayan Azərbaycanda hərbi xərclərin 1 milyard manat artırılması nə dərəcədə doğrudur? Moderator.az-a açıqlama verən AXP sədri Pənah Hüseyn bu qərarı təqdir etdiyini vurğuladı: “Hərbi xərclərin artırılmasını doğru addım hesab edirəm. Torpaqlarının 20%-ni itirən, Ermənistanla faktiki olaraq müharibə şəraitində olan Azərbaycanın güclü orduya ehtiyacı var. Bu isə hərbi-müdafiə xərclərinin artırılmasının tələb edir. Odur ki, hərbi xərclərin artırılmasını prinsipcə düzgün qərar hesab edirəm”.