Jurnalistlər üçün "Şeyxülislam mükafatı" təsis olunacaq
Azərbaycanda dindarlar üçün yeni moizələr kitabı nəşr olunacaq. AzerTaym.az-ın məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə deyib. O bildirib ki, artıq bir moizələr kitabı çapdan çıxıb və ikinci möizələr kitabının çapına hazırlıq görülür. QMİ sədri deyib ki, Azərbaycanda "Şeyxülislam" mükafatının yaradılması nəzərdə tutulur. O qeyd edib ki, bunun üçün tapşırıqlar verilib, bu mükafatlar din sahəsindən yazan jurnalistlər üçün də veriləcək. “Fəaliyyətimdə jurnalistlərə çox arxalanıram və onlardan təkliflər gözləyirəm”. Şeyxülislam din-dövlət münasibətlərinin inkişafında medianın rolunu yüksək qiymətləndirib: “Bu gün Azərbaycanda dövlət ilə din arasında yüksək münasibətlər mövcuddur. Bu münasibətlərin qurulmasında mətbuatın da böyük rolu var”.