AZAL-ın eks-prezidentindən Ermənistana silah daşıyan təyyarələrlə bağlı şok AÇIQLAMA

AZAL-ın eks-prezidentindən Ermənistana silah daşıyan təyyarələrlə bağlı şok AÇIQLAMA

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) sabiq prezidenti Ədalət Əliyev Azərbaycanın Rusiyaya məxsus “L-76” hərbi-nəqliyyat təyyarəsini öz hava məkanına buraxmamasına münasibət bildirib.

Publika.az-a deyib ki, sözügedən addım beynəlxalq hüququn tələblərinə tam uyğundur:

“Belə hadisə olubsa, Azərbaycan çox doğru addım atıb. Belə də olmalı idi. Mənim vaxtımda da Ermənistana silah aparmaq istəyən Rusiyaya məxsus təyyarələrin Azərbaycan hava məkanından uçmasına cəhdlər olunub. Ancaq biz buna imkan verməmişik. Onlar da məcbur qalıb Gürcüstan, İran və digər hava məkanlarından aparmalı olublar”.

Sabiq AZAL şefi bildirib ki, müasir dövrdə də Rusiyanın Ermənistana silah göndərməsi cəhdləri olur:

“Misal üçün, Rusiya təyyarələri Gürcüstan üzərindən Ermənistana silah apara bilir. Bunu sərnişin təyyarəsi ilə çox asanlıqla edə bilərlər. Eyni vəziyyət İranla da mümkündür. Yaxud da Rusiya hərbi təyyarələri silahı İrana aparıb, oradan da Ermənistana daşıya bilirlər. Bütün bunlara Beynəlxalq Mülkü Aviasiya Təşkilatı ciddi nəzarət etməlidir. Ümumiyyətlə, sərnişin təyyarəsi ilə hərbi yük daşımaq yolverilməzdir”.

Xatırladaq ki, Azərbaycan Rusiyaya məxsus “L-76” hərbi-nəqliyyat təyyarəsini öz hava məkanına buraxmayıb və təyyarəni Soçiyə qayıtmağa məcbur edib.

Pilotla dispetçerin danışıqları “GalandecZP” bloqunda dərc edilib. Təyyarə Ermənistan istiqamətində uçurdu. “İrəvana qədər uça bilmirik. Azərbaycan buraxmır. Uçuş qadağan edilib”, - dispetçer qeyd edib.

Sonra təyyarə ekipajı Soçi aeroportuna qayıtmaq barədə komanda alıb.






Fikirlər