28.06.2014.- Hava xəbərdarlığı edildi
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ANS-ə verilən məlumata görə, havanın temperaturunun gecə 20-23, gündüz 30 dərəcəyədək isti olacağı gözlənilir.
Nisbi rütubət 75-85 faiz təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 23-24, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovnada 24-25, Türkan, Hövsan, Şıx, Sahildə 25-26 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında
İyunun 29-da bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı rayonlarda arabir güclənəcək.
Havanın temperaturunun gecə 20-25, gündüz 32-37, dağlarda gecə 10-15, gündüz 22-26 dərəcə isti olacağı gözlənilir.
İyunun 29-da Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsəcək, iyunun 30-da daha da şiddətlənəcək.