“Banklar istəyir ki, əhaliyə daha çox əziyyət verib, pul QAZANSINLAR”
“Bank sistemində hərc-mərclikdir. Biz büdcəni qəbul edəndə “Moody’s Azərbaycanın kredit reytinqini aşağı saldı”. AzerTaym.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Araz Əlizadə deyib. Onun sözlərinə görə, Prezident əlindən gələni edir ki, insanların rifahı artsın. “Ancaq Mərkəzi Bank və kommersiya bankları daha çox istəyir ki, əhaliyə əziyyət verib pul qazansınlar. Mən bu iclas zalında təklif etmişdim ki, banklarla bağlı xüsusi iclas keçirək. Amma bu mümkün olmadı”.