“İnsanların krediti qaytarmaq imkanları yoxdur” — Deputatdan hökumətə ÇAĞIRIŞ
“İndi Azərbaycanda ən böyük və ciddi problem bankların pul-kredit siyasəti ilə bağlıdır. Bu gün Azərbaycanın bank sistemində yaranmış vəziyyət Azərbaycan hökuməti kimi bizi də çox narahat edir”. Ölkə.Az-ın məlumatına görə, bu fikirləri bu gün Qafqaz Universiteti tərəfindən Qubada “İqtisadi böhran konteksində ixracın stimullaşdırılması” mövzusunda keçirilən 5-ci Qafqaz İqtisadi Forumunda çıxışı zamanı Azərbaycanın baş nazirinin sabiq birinci müavini, Milli Məclisin deputatı Vahid Əhmədov bildirib. “Həmin vaxtı biz tez-tez söyləyirdik ki, bankların verdiyi kreditlərin faiz dərəcəsi çox yüksəkdir və bu Azərbaycanda çox ciddi problem yaradacaq. İndi biz həmin dövrə gəlib çıxmışıq”. V.Əhmədov deyib ki, indi Azərbaycanda təqribən 1,4 milyard manata yaxın kredit borcu olan insanlar var: “Bu Azərbaycanın maliyyə bazarı üçün çox böyük rəqəmdir. Həmin insanların krediti qaytarmaq imkanları yoxdur. Ona görə də bank sistemində çox ciddi problemlər yaranıb. Cənab Prezident İlham Əliyev həmin insanları nəzərə alaraq, Azərbaycanda Maliyyə Bazarlarına Nəzarət Palatası yaradıldı və bankların fəaliyyətinə nəzarət işi Mərkəzi Bankdan alınaraq həmin palataya verildi. Həmin palata da indi bankların fəaliyyətini, gəlirini və xərclərini araşdırıb təhlil edir. Bu proses də bir aya qədər davam edəcək. Bu səbəbdən də Azərbaycanda iki aydır ki, heç bir bank kredit vermir. Hətta, əmanətlərini götürmək istəyən əhaliyə də pulları verilmir. Ona görə də indi bizim üçün ən ciddi problem bankların pul-kredit siyasətinin stabilləşdirilməsidir. Bunun üzərində hazırda ciddi iş gedir. Bu məsələ ilə bağlı mən və həmkarım Əli Məsimlinin də təklifləri var. Biz həmin təklifləri hökumətə təqdim etmişik və onun üzərində iş gedir. Bir ay müddətinə bizə cavab verilməlidir. Biz iyun ayına qədər həmin cavabları alacağıq”. Deputat qeyd edib ki, Azərbaycan əhalisini narahat edən əsas məsələ bankların dollarla kredit verməsidir: “Bu çox ciddi problemdir. Hazırda əksər insanlar dollarla verilən kreditləri qayatara bilmirlər. Faktiki olaraq 1,4 milyard manat kreditin içərisində dəən böyük vəsaitlər istehlak kreditlərin payına düşür. İnsanlar bu kreditləri heç cür qaytara bilmirlər. Bu kredit borclarının yaranmasında da əsas günahkar yenə də banklar və əhalidir. Biz tıklif vermişik ki, bu problemi təkcə bankların və əhalinin üzərinə yıxmaq olmaz. Yəni, bu məsələ dövlət, Mərkəzi Bank, banklar və əhali tərəfindən birgə həll edilməlidir. Cənab Prezident də çalışır ki, indi bu problem həllini tapsın. Onun üçün də xüsusi göstəriş verilib”. “Əgər bir bankın kredit portfeli yoxdursa, o bank normal iləyə bilməz. Bankın likvindliyi yoxdursa, o bank fəaliyyət göstərə bilməz. Bu yaxınlara qədər Azərbaycanda 43 bank fəaliyyət göstərirdi. Bizim təkidimizdən sonra həmin bankların 6-sı bağlandı. Ancaq biz heç zaman bankların bağlanmasına tərəfdar olmamışıq. Çünki banklar bağlananda, əhali, sahibkarlar və biznes mühiti ilə çox ciddi problemlər yaşanır. Biz demişik ki, Azərbaycanda 43 bank çoxdur. Azərbaycan kimi dövlət üçün 15-17 bank kifayət edər. Amma bu bankları bağlamaq deyil, birləşdirmək lazımdır. Bankları birləşdirəndə, onların nizamnamə kapitalı böyüyər, linkvindliyi normal və kredit portfeli böyük olar”.
Onun sözlərinə görə, banklar insnlara vaxt olub ki, 35-40 faizlə kreditlər verib:
V.Əhmədov vurğulayıb ki, bankların likvindlik riski məsələsi mövcuddur: