Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciətlər AZALIB
Ötən ay Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 və 190-“Çağrı mərkəzləri”nə müraciətlərin sayı əvvəlki dekabr ayı ilə müqayisədə 33,8 faiz azalaraq 15 279-a düşüb. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, həmin müraciətlərin isə 96,5 faizi (14 743 müraciət) vətəndaşların aidiyyəti sahələrə dair sorğularından ibarət olub. Bu sorğuların hər biri ilə əlaqədar nazirliyin mütəxəssisləri tərəfindən vətəndaşların dolğun şəkildə cavablandırılması, hüquqi məlumatlandırılması təmin olunub. Qalan 536 müraciət isə nazirliyin müvafiq struktur bölmələrində araşdırılaraq nəticələrinə uyğun tədbirlər görülüb. Yanvar ayında 142 və 190-“Çağrı mərkəzləri”nə daxil olan müraciətlərin 32,7 faizi sosial təminat, 5,7 faizi əmək qanunvericiliyi, 8,1 faizi tibbi-sosial ekspertiza və əlilliyi olan şəxslərin reabilitasiyası məsələlərinə aid olub. Həmçinin müraciətlərin 4,6 faizində məşğulluğun təminatı, 3,1 faizində fərdi uçotun təşkili, 13,2 faizində pensiya və müavinətlər, 9,4 faizində məcburi dövlət sosial sığortası məsələləri əksini tapıb. Əmək və sosial müdafiə sahələri üzrə elektron xidmətlərdən faydalanmağa böyük ictimai marağın daha bir göstəricisi kimi, 142 və 190-“Çağrı mərkəzləri”nə müraciətlərin 16,1 faizini həmin e-xidmətlərdən istifadə ilə bağlı müraciətlər təşkil edib. Ötən ay müraciətlərin 7,1 faizində avtomatlaşdırılmış pensiya təyinatı məsələləri əksini tapıb. Bu sahə ilə bağlı əvvəlki dekabr ayına nisbətən 8 faiz çox müraciət daxil olub. Yanvar ayı ərzində “Çağrı mərkəzləri” vasitəsi ilə 126 avtomatlaşdırılmış pensiya təyinatı aparılıb ki, bu da dekabr ayı ilə müqayisədə 23,5 % çoxdur.