03.09.2014- Nazirliyə şikayət edənlərin sayı açıqlandı

03.09.2014- Nazirliyə şikayət edənlərin sayı açıqlandıƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) 142-“Çağrı mərkəzi”nə şikayət xarakterli müraciətlərin sayı minimuma enib.

ƏƏSMN-nin İctimaiyyətlə əlaqələr şöbəsindən ANS-ə verilən məlumata görə, ƏƏSMN fəaliyyət sahələrində şəffaflığın təmin olunması və əhaliyə xidmət sahələrinə nəzarətin gücləndirilməsi istiqamətində aparılan işlər nazirliyin 142-“Çağrı mərkəzi”nə şikayət xarakterli müraciətlərin kəskin şəkildə azalaraq minimuma enməsi ilə müşaiyət olunur.

Belə ki, cari ilin avqust ayında 142- “Çağrı mərkəzi”nə daxil olan ümumilikdə 4534 müraciətdən 93,6 faizi (4245 müraciət) sorğu xarakteri daşıyıb. Sorğuların əksəriyyəti, yəni 61,5 faizi (2613 müraciət) isə əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin istifadəyə verilməsi ilə əlaqədar işəgötürənlər tərəfindən daxil olub. Belə ki, yeni istifadəyə verilən bu sistemdən istifadə qaydaları ilə bağlı bütün sorğu xarakterli müraciətlərə nazirliyin aidiyyatı struktur bölmələrinin mütəxəssisləri tərəfindən müvafiq izahatlar verilib.

“Çağrı mərkəzi”nə daxil olan ümumi müraciətlərin 1289-u sosial təminat növlərindən istifadə və müavinət, 187-si əlilliyin müəyyən edilməsi və reabilitasiya, 359-u məşğulluğun təminatı, peşə hazırlığına cəlb olunma, 2699-u isə əmək qanunvericiliyi və işçi hüquqlarının təminatı ilə bağlı olub.






Fikirlər