02.06.2014.- Nazir əlilləri istirahətə yolladı

02.06.2014.- Nazir əlilləri istirahətə yolladıSəlim Müslümov əlilləri istirahətə yolladı.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 75 nəfər əlilliyi olan şəxs Nabran istirahət zonasına göndərilib.

"AzerTaym.az" bildirir ki, ƏƏSMN-in İctimaiyyətlə əlaqələr şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, bununla da son yarım ay ərzində istirahət mərkəzlərinə yola salınan əlilliyi olan şəxslərin sayı artıq 155 nəfərə çatıb.

Tədbir ƏƏSMN-in müvafiq əmri ilə təsdiqlənmiş “2014-ci ildə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na əsasən təşkil olunur. İstirahət zamanı əlilliyi olan şəxslər üçün maraqlı gəzintilər, idman yarışları və viktorinalar, musiqili-əyləncəli tədbirlər təşkil edilir. Eyni zamanda, onlar fizioterapevtik müalicə prosedurlarına cəlb olunurlar.

Qeyd olunan Proqrama uyğun olaraq, cari il ərzində 1062 nəfər əlilliyi olan şəxsin Lənkəran, Şəki və Xaçmaz rayonlarındakı istirahət mərkəzlərinə istirahətə göndərilməsi planlaşdırılır.






Fikirlər