“Mikayıl Müşfiq işi”ndə Samir Şərifov izi… – İLGİNC

Azərbaycan ədəbiyyatının parlaq nümayəndələrindən olan Mikayıl Müşfiqin abidəsinin sökülməsi ciddi narazılığa səbəb olub.

Hətta Prezident İlham Əliyev müdaxilə edərək məsələnin hərtərəfli araşdırılması və günahkarların cəzalandırılması ilə bağlı aidiyyəti orqanlara tapşırıq verdi.

Mikayıl Müşfiqin büstünün götürülməsinin yaratdığı rəsmi və ictimai etirazlara “Azəravtoyol”dan cavab verilib.

Bildirilib ki, kobud şəkildə qanun pozuntusuna yol verdiyinə görə MMC-nin iş icraçısı Rəhimov Ramiz Tapdıq oğlu tutduğu vəzifədən azad edilərək işdən çıxarılıb.

Həmçinin müəyyən edilib ki, “8 N-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin baş mühəndisi və direktoru üzərlərinə düşən vəzifələrini yerinə yetirməyərək layihədə nəzərdə tutulan işlərə nəzarəti lazımi qaydada həyata keçirməyiblər.

Bu səbəbdən MMC-nin direktoru Şirinov Əliheybət Balakişi oğluna xəbərdarlıq edilib, MMC-nin baş mühəndisi Hüseynov Yuris Xələf oğluna isə töhmət verilib.

Mia.az-a daxil olan məlumata görə, MMC-nin direktoru Əliheybət Şirinov maliyyə naziri Samir Şərifovun yaxın adamıdır. Yəni onun himayəsi altında böyük dövlət layihələrindən pay alır.

Bu barədə bizi bilgilərndirən şəxs deyib ki, həmin MMC-nin dövlətin sifarişini həyata keçirən əsas şirkətlərdən biridir. Təbii ki, bütün bunlar Ə.Şirinovun maliyyə nazirilə yaxın olması ilə bağlıdır.

“Nazirin dəstək olması Əliheybət Şirinovun əl-qolunun hər tərəfə uzanmasına şərait yaradıb.

Maliyyə Nazirliyinin binasının təmirini də bu şirkət həyata keçirib.

Bundan əlavə, Samir Şərifovun dəstəyi ilə Əliheybət Şirinovun şirkəti “Qaçqınkom”un da sifarişlərini həyata keçirib. Yəni, bu şəxs hər zaman önəmli və böyük həcmli dövlət layihələrini icra edib.

Maliyyə naziri tərəfindən himayə olunduğu üçün də özünü həddindən artıq rahat hiss edib. Elə bu rahatlıqla da Mikayıl Müşfiqin abidəsinin sökülməsi barədə qərar verib. Amma məsələnin böyüməsi onu hədəfə çevirsə də, Samir Şərifovun dəstəyi ilə bu prosesdən daha az zərərlə çıxa bilib”, – deyə müshibimiz fikrini tamamlayıb.






Fikirlər