Əhalinin gəlirləri 8 dəfə ARTIB

“Azərbaycanda sosial sahəyə diqqət yürüdülən siyasətin prioritet istiqamətlərindən biridir”.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Sosial məsələlər, sağlamlıq və davamlı inkişaf üzrə komitəsinin Bakıda təşkil etdiyi “Avropa sosial xartiyası prizmasından Azərbaycanda sosial, iqtisadi hüquqların mühkəmləndirilməsi” seminarında deyib.

 Nazir qeyd edib ki, Azərbaycanda işsiziliyin səviyyəsi 5 faizə qədər enib, əhalinin gəlirləri 8 dəfə artıb.

“İnsanların əmək hüququ qanunvericilik bazasında da yer alıb. Bu qanunlar praktiki olaraq gerçəkləşdirilir. Bu istiqamətdə Azərbaycan Prezidenti İlham Əliyev son 13 ildə 81 fərman və sərəncam imzalayıb.

 

2 milyon 330 min vətəndaşa hər ay 316 milyon manatdan çox vəsait ödənilib. Bu da ölkə əhalisinin 70,6 faizini əhatə edir”.

 AzerTaym.az






Fikirlər