Ramil Usubov müavinini işdən çıxardı - FOTO
Ramil Usubovun müavini vəzifəsindən azad olunub.
AzerTaym.az xəbər verir ki, bu barədə daxili işlər naziri Ramil Usubov əmr verib. Nazirin əmri ilə müavini polis general-leytenantı Əsgər Ələkbərov təqaüdə göndərilib.
Onun yerinə Nazirliyin baş kadrlar idarəsinin rəisi İsmət Əliyev təyin olunub.
Qeyd edək ki, Ə. Ələkbərov 2002-ci ildən Ramil Usubovun müavini idi.