Deputat nazirliyi ittiham etdi: “Potensial xəstələr YETİŞDİRİRİK”

Demək olar ki, bütün məktəblərdə həm qapalı, həm də açıq idman zalları mövcuddur.

Amma bunlara baxmayaraq orta məktəblərdə oxuyan şagirdlərə idman dərslərinin keçirilməsində boşluqlar var. Xüsusilə də yuxarı sinif şagirdlərində. Çünki onlar universitetə hazırlaşırlar və idman dərslərinə dırnaqarası baxırlar. Demək olar ki, idman dərslərinə getmirlər”.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Naqif Həmzəyev deyib.

Deputat bildirib ki, bu məsələni hər zaman diqqətində saxlayır.

“Gəncə şəhərində bu istiqamətdə xeyli irəliləyiş var. Amma ətraf rayonlarda və digər bölgələrimizdə bununla bağlı ciddi problemlər mövcuddur. Nəticədə bizim gənclərimiz oturaq həyat tərzi keçirirlər. Nəticədə biz potensial xəstələr yetişdiririk. Orta məktəb şagirdləri ümumiyyətlə idmandan kənarda qalıblar və idman dərslərinə gəlmirlər. Heç bir idman dərnəklərində fəaliyyət göstərmirlər. Hesab edirəm ki, Təhsil Nazirliyi və aidiyyatı qurumlarla bu məsələni müzakirə etməliyik”.

N. Həmzəyev hesab edir ki, bununla bağlı monitorinq həyata keçirməlidir.

“Məktəblərdə hər hansı bir idman və liqa yarışlarının keçirilməsinin şahidi olmuruq. Halbuki bu proseslər qonu və digər ölkələrdə var. Bizdə 100-200 idmançı yetişərsə, 2-3 idmançının yetişdiyinin şahidi oluruq.  Onlar da idman dərslərinin hesabına deyil, digər idman klublarında fəaliyyət göstərib və orada keçirilən idman dərslərinin nəticəsində olur”.






Fikirlər