Azalan gömrük rüsumu kərə YAĞINI UCUZLAŞDIRACAQMI?
Azərbaycana idxal edilən kərə yağına tətbiq edilən dövlət rüsümü 3 dəfə azaldılacaq. İqtisadçı millət vəkilləri düşünürlər ki, bu, kərə yağının pərakəndə satışında qiymətə təsir edəcək. Gömrük rüsumunun azaldılmasının kərə yağının qiymət artımında az rolu var, bəzi ekspertlər belə hesab edirlər. Nazirlər Kabineti qərar verib ki, "Azərbaycan ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri"ndə müvafiq dəyişiklik, çap edildiyi gündən 30 gün sonra tətbiq edilsin və 1 il qüvvədə qalsın. "Yerli mal alıram" Bakı mağazalarının piştaxtaları müxtəlif ölkə istehsallı və yerli kərə yağı ilə doludur. Burada hər qiymətə kərə yağı var, xarici istehsallı kərə yağılarının qiymətinin kilosu 17 manatdan 24 manata qədər dəyişir. Yerli kərə yağları da yağlılığından asılı olaraq, 5-16 manata qədərdir. Alıcılar qiymətlərdən narazılıqlarını gizlətmirlər, müşahidələrimizə görə, bəziləri qiymətdə nisbətən ucuz olduğu üçün yerli mal almağa çalışır. Bakı sakini İsmayıl Eyyubov BBC Azərbaycancaya deyir ki, bir-iki aya qədər xarici istehsallı kərə yağı alırmış, amma qiymətlərin artımından sonra yerli məhsullara üstünlük verib: "2-3 manat fərq var, amma çox alanda məbləğ özünü göstərir". Ötən ay bir qrup kərə yağı idxalçıları müraciət yayaraq bildirmişdilər ki, kərə yağının qiyməti ötən illə müqayisədə 30 faizdən çox artıb. "Bu, pərakəndə satışa təsir edəcək" "Nazirlər Kabinetinin bu qərarı pərakəndə satışa təsir edəcək", Milli Məclisin iqtisadiyyat komitəsinin üzvü Vahid Əhmədov BBC Azərbaycancaya deyir. Onun fikrincə, gömrük rüsumunun 3 dəfə azaldılması kərə yağının maya dəyərinə təsir edəcək: Vahid Əhmədov bu qərarın yerli istehsala təsir etməyəcəyini düşünür, deyir ki, yerli istehsalçıların qiyməti qaldırması üçün əsası yoxdur, çünki istehsalla bağlı olan hər hansı komponent xaricdən gəlmir. İdxal qiyməti artıb, sayı azalıb Bu ilin 9 ayı ərzində Azərbaycana 11 min tona yaxın kərə yağı gətirilib. İdxal ötən ilin analoji dövrü ilə müqayisədə azalsa da, dəyər olaraq, artıb. Yəni, yanvar-sentyabr aylarında ölkəyə 49 milyon dollar həcmində kərə yağı idxal edilib. Ötən ilin analoji dövründə isə 11 min tondan çox kərə yağı üçün 38 milyon dollar ödənilib, Gömrük Komitəsinin rəsmi saytında açıqlanan məlumatda deyilir. "5-10 qəpik ucuzlaşmadan söhbət gedə bilər, çox yox". "Gömrük rüsumlarının azaldılması kərə yağını 5-10 qəpik sala bilər, çox yox", aqrar məsələlər üzrə təhlilçi Vahid Məhərrəmov BBC Azərbaycancaya deyir. O bunu kərə yağı idxalını inhisarla əlaqələndirir: Vahid Məhərrəmov, yerli istehsalda da qiymət artımının olmasına diqqəti çəkir, ancaq o, bunu süd istehsalının azalması ilə izah edir. Ekspert vurğulayır ki, süd istehsalı yem çatışmazlığına görə azalıb, bu da maya dəyərini artırıb. Səba şirkətlər qrupunun marketinq şöbəsindən BBC Azərbaycancaya bildiriblər ki, son 6 ayda südün qiyməti 2 dəfə artıb. Şirkət gömrük rüsumunun salınmasının yerli istehsala necə təsir edəcəyi ilə bağlı sualın cavabında deyib ki, onlar məhsulu qiymətləndirərkən istehsal, daşınma xərclərini, məhsulun maya dəyərini nəzərə alırlar və "bazarda digər analoji məhsulların hansı qiymətə olması bizim məhsulun qiymətinə heç bir təsir göstərmir". Gömrük rüsumunun qiymətlərə nə qədər təsir edə biləcəyini öyrənmək üçün BBC Azərbaycanca bir neçə idxalçı şirkətlə əlaqə saxlasa da, onlar hələlik, bu barədə danışmaq istəməyiblər (BBC).
"Manat stabildir, amma qiymət qalxır, düzdür, dünyada kərə yağının qiyməti qalxıb, amma gömrük rüsümunun azaldılması qiymətə ciddi təsir göstərəcək. Bu, əhalinin sosial vəziyyətinə hesablanmış addımdır".
"Kərə yağının qiyməti dünya bazarında artıb, ancaq Azərbaycanda müşahidə edilən qiymət artımının səbəbləri təkcə bu deyil".
"Südün qiyməti 2 dəfə artıb"
"Buna baxmayaraq, biz yağın qiymətini bununla müqayisədə az artırmışıq".