Dizellə işləyən maşınlar ölkəyə buraxılmayacaq, vergi artır - Bəs, MAŞINLARIN QİYMƏTİ necə olacaq?
Gələn ildən dizellə işləyən maşınların ölkəyə gətirilməsinə icazə verilməyəcək. AzerTaym.az Insider.az-a istinadən xəbər verir ki, bu, Vergi Məcəlləsinə edilən yeni dəyişikliklərdə nəzərdə tutulub. Belə ki, layihədə istifadə müddəti bir ildən artıq olan dizelli maşınların Azərbaycana gətirilməsinə qadağa qoyulması nəzərdə tutulub. Təzə maşınları gətirərkən isə onlara tətbiq edilən aksiz vergisi 2 dəfə artırılacaq. Yeni dəyişikliklər layihəsinə görə, ölkəyə gətirilən digər avtomobillərə tətbiq edilən aksiz vergisinin də artırılması planlaşdırılır. Belə ki, istifadə müddəti 1 ilədək olan maşınların vergisi 50%, 1 ildən 5-dək olan maşınların 70% artırılacaq. 5 ildən artıq istifadə edilən maşınlara tətbiq edilən aksiz vergisi isə 2 dəfə yüksələcək. Məsələni şərh edən vergi ekspert Vəli Əliyev bildirib ki, maşınlara tətbiq edilən aksiz vergisinin həcminin artırılması onların, xüsusilə, dizelləişləyən maşınların qiymətinin bahalaşmasına səbəb olacaq: "Məsələn, kiçik həcmli maşınlarda aksiz vergisinin məbləği 400 manat idisə, əyişikliklərdən sonra 800 manata qalxa bilər. Üstəlik, onlara əlavə dəyər vergisi də tətbiq edilir. Bu halda ölkəyə gətirilən avtomibillərə görə ödənilən verginin həcmikifayət qədər atracaq. Bu isə maşınların satış qiymətinin bahalaşmasna gətirib çıxaracaq”. Ekspert maşın istehsal edilməyən ölkədə vergilərin bu formada artırılmasının doğru addım olmadığını vurğulayıb. Minik avtomobilləri: - mühərrikin həcmi 2000 kubsantimetrədək olduqda: Aksizin dərəcəsi - Mühərrikin həcminin hər kubsantimetrinə görə – 0, 20 manat
Xatırladaq ki, Vergi Məcəlləsinin 190.4-cü maddəsinə əsasən, Azərbaycan Respublikasına idxal olunan minik avtomobillərinə, istirahət və ya idman üçün yaxtalara və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələrə, habelə idxal olunan platin, qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaza, xəz-dəri məmulatlarına aşağıdakı aksiz dərəcələri tətbiq edilir. Minik avtomobillərinə, istirahət və ya idman üçün yaxtalara və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələrə görə aksiz vergisi hazırda aşağıdakı qaydada tətbiq edilir:
Vergitutma obyektinin adı
- mühərrikin həcmi 3000 kubsantimetrədək olduqda: 400 manat mühərrikin həcminin 2001- 3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 3 manat
- mühərrikin həcmi 4000 kubsantimetrədək olduqda: 3400 manat mühərrikin həcminin 3001- 4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 8 manat
- mühərrikin həcmi 5000 kubsantimetrədək olduqda: 1 400 manat mühərrikin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 20 manat
- mühərrikin həcmi 5000 kubsantimetrdən çox olduqda: 31 400 manat mühərrikin həcminin 5000 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə – 40 manat
İstirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələr Mühərrikin həcminin hər kubsantimetrinə görə – 6 manat