İcra başçısı müşavirə keçirdi

İcra başçısı müşavirə keçirdiHoradiz şəhərində Heydər Əliyev Mərkəzində prezident İlham Əliyevin 2015-ci il fevralın 02-dən may ayının 1-dək ölkə vətəndaşlarının tibbi müayinədən keçirilməsi barədə tapşırığının rayonda icra vəziyyətinə həsr olunmuş müşavirə keçirilib.

İH-dən “Qafqazinfo”ya daxil olan xəbərdə bildirilir ki, müşavirədə rayonun idarə, müəssisə, təşkilat rəhbərləri, ərazidaki icra nümayəndələri, bələdiyyələr, Mərkəzi Xəstənasının tabeliyində olan tibb məntəqələrinin həkimləri və ictimaiyyət nümayəndələri iştirak edib.
İcra Hakimiyyətinin başçısı Alı Alıyev ölkə vətəndaşlarının tibbi müayinədən keçirilməsi barədə tapşırığın icrası ilə bağlı Füzuli Rayon İcra Hakimiyyətində operativ tədbirlər görüldüyünü, idarə, müəssisə, təşkilat və səhiyyə müəssisələrinin iştirakı ilə iclas keçirildiyini deyib:
“Səhiyyə müəssisələrinin rəhbərlərinə əhalinin tibbi müayinəsinin yüksək səviyyədə aparılması üçün konkret tapşırıqlar verilmiş, əhalinin tibbi müayinəsinin təşkil edilməsi ilə bağlı rayon icra hakimiyyəti başçısının sərəncamı ilə komissiya yaradımışdır”.

Müşavirədə Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Soltan Əliyev bildirib ki, rayon ərazisindəki 40 yaşayış məntəqəsinin 28270 nəfər sakini 5 məntəqədə, Mərkəzi Xəstəxana, Horadiz, Əhmədbəyli və Qayıdış xəstəxanalarında, həmçinin Füzuli Tibb Mərkəzində tibbi müayinədən keçirilib. Bu günə kimi 9400 nəfər rayon sakini ambulator, 246 nəfər isə stasionar müalicəyə cəlb edilib, 82 nəfər isə müalicə olunmaq üçün Bakı şəhərindəki xəstəxanalara göndərilib.


İcra başçısı müşavirə keçirdi






Fikirlər