Döyülən icra başçısı həkim nəzarətindədir

Döyülən icra başçısı həkim nəzarətindədirÖtən gün Gəncə-Göygöl avtomobil yolunu bağlamağa cəhd göstəriblər.
Cəhdin qarşısı alınarkən Gəncə Şəhər Baş Polis İdarəsinin 5 əməkdaşı və orada olan Gəncənin Nizami rayon İcra Hakimiyyətinin başçısı Nizami Hacıyev və müavini xəsarət alıb, habelə Şəhər Baş Polis İdarəsinə məxsus 2 ədəd xidməti avtomobilin şüşələri sındırılıb.


Gəncə Şəhər İcra Hakimiyyətindən AzVision.az-a verilən məlumata görə, xəsarət alan icra başçısı Nizami Hacıyev hazırda xəstəxanadır və həkim nəzarəti altındadır . Onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

İcra başçısının müavini isə yüngül xəsarət aldığı üçün ilkin tibbi müayinədən sonra xəstəxanadan evə buraxılıb.

Qeyd edək ki, dekabrın 10-da saat 11.30 radələrində Gəncənin Avtozavod qəsəbəsi adlanan ərazisində Nizami rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən qanunsuz tikililərin sökülməsinə etiraz əlaməti olaraq həmin qəsəbədə yaşayan Kəlbəcər rayon sakinlərindən 50-60 nəfəri Gəncə-Göygöl avtomobil yolunu bağlamağa cəhd göstəriblər.


Faktla əlaqədar Gəncə şəhər Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 315-ci maddəsi (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) ilə cinayət işi başlanılıb.






Fikirlər