Azərbaycan Ordusu cəbhə xəttində yüksəkliyi ələ keçirdi

Azərbaycan Ordusu cəbhə xəttində yüksəkliyi ələ keçirdiAzərbaycan və Ermənistan qoşunlarının Gədəbəy rayonu ərazisindəki təmas xəttində döyüşlər gedir.

Musavat.com-un əldə etdiyi məlumata görə, Ermənistan ordusunun hücumunu dəf edən Azərbaycan Ordusunun hissələri irəliləyiblər və təmas xəttindəki yüksəkliklərdən birini ələ keçiriblər. Düşmən tərəfdən ölən və yaralananlar var. Azərbaycan Ordusunun da bir şəhid verdiyi bildirilir. Amma bu məlumat rəsmən təsdiqlənməyib.

Haqqin.az saytının məlumatına görə, Müdafiə Nazirliyindəki mənbələr cəbhə xəttinin bu istiqamətində sərt döyüşlərin getdiyi barədə xəbərləri təsdiqləyiblər.






Fikirlər