MARKET SAHİBİNİN OĞLU İCRA BAŞÇISI OLDU – Foto (Yenilənib)

272180_res_01 (1)

Prezident İlham Əliyev Elşən Salahovun Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla Elşən Rövşən oğlu Salahov Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Xatırladaq ki, Elşən Salahov bu vəzifəyə qədər Xəzər Rayon İcra Hakimiyyəti Başçısının I müavini olub. Elşən Salahov daha öncə qurumun təsərrüfat şöbəsinin müdiri vəzifəsində çalışıb.

 Qeyd edək ki,  Elşən Salahov “Abşeron” marketinin sahibi Rövşən Salahovun oğludur.

 

 Xəzər rayonunun yeni icra başçısı Buzovna qəsəbəsində anadan olub.






Fikirlər