“Facebook” profillərinizi kim oğurlayır? – Azərbaycanlı kibercinayətkar tapıldı (Fotofaktlar)

“Facebook” profillərinizi kim oğurlayır? – Azərbaycanlı kibercinayətkar tapıldı (Fotofaktlar)Son aylarda “Facebook”da yalançı profillərdən göndərilən linklərdən istifadə olunaraq digər şəxslərin profillərinin ələ keçirilməsi ilə bağlı xəbərlərə rast gəlirik.

Belə ki, profillər sındırılaraq şəxsi yazışmalar, şəkillər ələ keçirilir və hesab sahibi şantaj olunur.

“Fishing” adlanan bu üsul bütün dünyada məşhurdur. Əsasən konfidensial materialların ələ keçirilməsi üçün istifadə olunur.

Son bir neçə ayda azərbaycanlı “Facebook” istifadəçiləri də bu “qırmağ”a keçirlər.

Bəs profilləri qıran kimdir?

Asif Eminov adlı “Facebook” istifadəçisi onu tələyə salmaq istəyən yalançı profilin və göndərilən linkin kimə aid olduğunu araşdırıb.

Bu barədə o, öz blogunda oxuculara maraqlı olacaq məlumatlar yazıb.

"AzerTaym.az" AzNews.az profilinizin oğurlanmaması və şantajla üzləşməməyinizə yardımçı olacaq həmin məlumatları təqdim edirik:

“Dünən Altay Abdullayeva adlı bir facebook istifadəçisi mənə dostluq göndərdi. Bu adlı adam əvvəl dostuluğumda olub və qiyabi də olsa bu qızla tanışam (fb dost olaraq). Lakin eyni adda 2 profil olması şübhələnməyimə səbəb oldu. Əvvəlcə dostluğunu qəbul etmədim. Bir müddət sonra yenidən dostluq göndərdi və qəbul etdiyim zaman profilində şantaj xarakterli (səhifə və digər qırdığı profildə paylaşdığı materialların dəst-xətti asan sezilir) materiallar gördüm və bildim ki, bu elə həmin digər profilləri qıran adamdır. İndi də müxtəlif adamların adına “fake” profil açaraq həmin real adamın ətrafındakı tanışlara dostluq atır. Guya ki, həmin adamdır və sonra fishing xarakterli link göndərir. Əlbəttə ki, 10 nəfərdən 7-si buna aldanır və bu “balıqçı”nın qırmağına keçir.

Eyni metodu mənə qarşı da istifadə etmək istəyərək, mənim də profilimi qırmaq, profilimə hücüm etmək istədi. Aşağıdakı şəkildə onunla yazışmanı oxuya bilərsiniz”.


“Facebook” profillərinizi kim oğurlayır? – Azərbaycanlı kibercinayətkar tapıldı (Fotofaktlar)






Fikirlər