BEYNƏLXALQ BANKIN 1,3 MİLYARDI TAPILDI – “Akkord” şirkətindəymiş

BEYNƏLXALQ BANKIN 1,3 MİLYARDI TAPILDI – “Akkord” şirkətindəymişAzərbaycan Beynəlxalq Bankına ən çox borcu olan qurum “Akkord” tikinti şirkətidir.Beynəlxalq Bankdakı mənbələrdən virtualaz.org saytına verilən xəbərə görə, tikinti şirkətinin banka olan məcmu borcu 1,3 milyard manat təşkil edir.

Tikinti nəhəngi olan “Akkord” uzun illərdir Azərbaycanda iri infrastruktur layihələrinin həyata keçirilməsi ilə məşğuldur. Korporasiya hətta xaricdə də bir neçə tenderi udmağa nail olub.

Xatırladaq ki, DİN Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsi (“Bandotdel”) bir neçə ay əvvəl ölkənin onlarla aparıcı iş adamını saxlamışdı. Bütün biznesmenlər Beynəlxalq Bankdan kredit kimi götürülən pulları israf etməkdə günahlandırılırdı.
Bankın özündə isə ümumi həcmi bir neçə milyard manata çatan problemli kreditlər ucbatından likvidlik problemləri başlamışdı.

Qeyd edək ki, ilkin məlumatlarda Beynəlxalq Bankdan verilən və geri qaytarılmayan, eləcə də qaytarılacağışübhə douran kreditlərin həcminin 6-7 milyard manat olduğu bildirilir. Bu zaman Beynəlxalq Bankdan alınan, hələ vaxtı keçməyən, ancaq şübhəli layihələrə yatırıldığı üçün qaytarılması perspektivi görünməyən vəsaitlər də nəzərdə tutulur.

BEYNƏLXALQ BANKIN 1,3 MİLYARDI TAPILDI – “Akkord” şirkətindəymiş

Belə ki, 2014-cü ilin hesabatına görə, Beynəlxalq Bankın ümumi kredit portfeli 8 milyard manatdan çox təşkil edir. Onun 7 milyarddan çoxu korporativ, yəni hüquqi şəxslərə verilən kreditlərdir ki, bu da ümumi portfelin 90 faizindən çoxdur. Yəni bu pullar iri iş adamlarına, dövlət qurumlarına, oliqarxlara verilib. Onlar isə bu pulları adətən sonradan ləğv etdikləri şirkətləri vasitəsilə şübhəli layihələrə yatırıb ortadan çıxarırlar. Sonradan bank pulunu istəyəndə də, nə ortada bir şirkət tapılr, nə də müsadirə etməyə əmlak.

Təsdüfi deyil ki, Beynəlxalq Bankın ötənilki hesabatına görə, qaytarılma vaxtı keçmiş 1,1 milyard kreditin demək olar ki, hamısı iş adamlarına məxsusdur. Belə ki, dəyərsizləşmiş kreditlərin 356 milyon manatını (bu istiqamətdə olan borcun təqribən 99 faizini), dəyərsizləşməmiş kreditlərin isə 660 milyon manatını korporativ (yəni biznes) kreditləri təşkil edirdi. Buradan aydın olur ki, Beynəlxalq Bankdan kredit götürən iş adamlarının heç biri borcunu geri ödəməyib və belə fikri də olmayıb.
“Akkord”un da Beynəlxalq Bankdan 1,3 milyardı eyni məqsədlə götürüb-götürmədiyini isə söyləmək çətindir. (AzPolitika.info)






Fikirlər