Cahangir Hacıyevin ətrafında şok həbslər başladı – TƏFƏRRÜATLAR

Cahangir Hacıyevin ətrafında şok həbslər başladı – TƏFƏRRÜATLARBeynəlxalq Bankın sabiq prezidenti Cahangir Hacıyevə yaxın olmuş bir neçə iş adamının qanunsuz fəaliyyətdə suçlanaraq həbs olunması barədə məlumat yayılıb.

Hüquq-mühafizə orqanlarındakı mənbələrdən virtualaz.org saytına verilən məlumata görə, oliqarx Nizami Piriyev Bakıda həbs olunub. Məhkəmə onun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçib.
Məlumata görə, digər tanınmış biznesmenlər kimi N.Piriyevin də adı “Cahangir Hacıyev işi”ndə keçir. Onlar Azərbaycan Beynəlxalq Bankından kredit şəklində götürülmüş pulların mənimsənilməsində ittiham olunurlar.
Hüquq-mühafizə orqanları hal-hazırda Beynəlxalq Bank tərəfindən verilmiş bir neçə milyard manatlıq kreditlərin azərbaycanlı biznesmenlər tərəfindən mənimsənilməsi faktı üzrə araşdırma aparırlar.

N.Piriyev “PNN Group” şirkətinin təsisçisi və sahiblərindən biridir. Şirkətin digər sahibi onun oğlu Nəsib Piriyevdir.
“PNN Group” şirkətinin əsas aktivləri neft kimyası sənayesində və metanol istehsalı sahəsində fəaliyyət göstərən “AzMeCo” şirkətindədir.

Cahangir Hacıyevin ətrafında şok həbslər başladı – TƏFƏRRÜATLARBundan əlavə “PNN Group” şirkəti “De Beers” və “Hamley’s” brendlərinin tərəfdaşıdır. Piriyevlər bu şirkətin Azərbaycan və Ukraynada mağazalarını açıblar. “KFC” qəlyanaltıxanalar şəbəkəsi də bu ölkələrdə Piriyevlərin idarəçiliyi ilə fəaliyyət göstərir. Onlar iki ölkədə artıq 50 “KFC” obyekti açıblar.“PNN Group” öz maliyyə aktivlərinin həcminin 650 milyon dollar olduğunu rəsmən bəyan edib.
Nizami Piriyev və oğlu Nəsib Piriyev 2011-ci ildə Britaniyanın keçmiş baş naziri Toni Bleyeri Bakıya gətirən iş adamları kimi tanınır.

Sayt yazır ki, Şəkinin keçmiş icra başçısı Murad Cabbarlı və həmçinin “Azərinşaat” MMC-nin rəhbəri Mehdi Əliyev də həbs edilib. Xəbərə görə, məhkəmə adıçəkilən şəxslər barədə 4 aylıq həbs-qətimkan tədbiri seçib. Sayt bildirir ki, M.Cabbarlı və M.Əliyevin də adı “Cahangir Hacıyev işi”ndə keçir. M. Cabbarlı Beynəlxalq Bankdan götürdüyü kreditləri mənimsəməkdə ittiham olunur.
Cahangir Hacıyevin ətrafında şok həbslər başladı – TƏFƏRRÜATLARO, Bankın sabiq rəhbəri Cahangir Hacıyevə yaxın şəxslərdən hesab olunur. M.Cabbarlı Şəkinin icra başçısı postuna da C.Hacıyevin dəstəyi ilə təyin olunmuşdu.
Məlumatda o da bildirilir ki, M.Cabbarlı C.Hacıyevin yaxından köməyi ilə Beynəlxalq Bankdan 200 milyon manata kredit götürüb və bu pula Şəkidə kərpic zavodu tikdirmişdi. Lakin bankdan götürülən pulların böyük hissəsi sabiq icra başçısı tərəfindən mənimsənilib.
M.Əliyev də C.Hacıyevin köməyi ilə Beynəlxalq Bankdan iri məbləğlərdə kredit götürərək həmin pulların mənimsənilməsində ittiham olunur.

Virtualaz.org saytı DİN-dəki mənbələrə istinadla yazır ki, bu iş üzrə artıq 70-ə yaxın nüfuzlu iş adamı həbs olunub. Həbslərin davam edəcəyi gözlənilir. Həbs olunanlar Beynəlxalq Bankdan iri həcmdə kreditlər götürərək fırıldaqçı sxemlər əsasında mənimsəyən, yaxud kreditləri alıb qaytarmayan iş adamlarıdır. Onların əksəriyyətinin Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevlə əlaqələri var.

Sayt iddia edir ki, bu proses ölkə başçısı İlham Əliyevin bank sektorundakı maxinasiyalara son qoyulması barədə qəti göstərişindən sonra başlayıb. Ölkə başçısı bank sektorundakı özbaşınalıqlara son qoyulması vəzifəsini DİN-ə və şəxsən nazir Ramil Usubova həvalə edib.
Məlumatda deyilir ki, fevral ayında həyata keçirilən devalvasiyadan sonra iri bankların əksəriyyətinin acınacaqlı vəziyyətdə olduğu üzə çıxıb. Bankirlər maliyyə göstəricilərinin kəskin pisləşməsini devalvasiya ilə əsaslandırmağa çalışsalar da, araşdırma zamanı məlum olub ki, əslində uzun illərdir yüksək faizlər sayəsində böyük gəlirlər əldə edən bankların vəziyyəti devalvasiyadan sonra bu cür pisləşməli deyildi. Məlum olub ki, problemin kökü əslində devalvasiyada yox, iri həcmdə kredit maxinasiyalarında, milyardlarla manatlıq geri qaytarılmayan kreditlərdə və digər korrupsiya əməllərindədir. Ən ağır vəziyyət isə Beynəlxalq Bankda hökm sürürmüş və Cahangir Hacıyevin “könüllü” istefasının səbəbi də məhz budur.

Mənbələrin məlumatına görə, araşdırma zamanı üzə çıxıb ki, Beynəlxalq Bankdan verilən və geri qaytarılmayan kreditlərin həcmi 6 milyard manata yaxındır. Bu vəsaitlər müxtəlif illərdə Cahangir Hacıyevlə bağlı olan iş adamlarına, yerli və xarici şirkətlərə kredit şəklində verilib, yaxud kommersiya perspektivi şübhəli olan layihələrə yatırılıb.

Cahangir Hacıyevin ətrafında şok həbslər başladı – TƏFƏRRÜATLARMəsələn, Beynəlxalq Bankın Nehrəmli Hacı İbrahimin mifik “Xəzər adaları” layihəsinə 850 milyon dollar kredit verdiyi bəllidir. Bildirildiyinə görə, Beynəlxalq Bankın işi ilə bağlı tutulanlar arasında “Azərinşaat” MMC-nin Direktorlar Şurasının rəhbəri Mehdi Əliyev də yer alır. Əslində “Azərinşaat” MMC 2012-ci ilə qədər Nəqliyyat Nazirliyinin rəhbərliyinin və oliqarx Hafiz Məmmədovun (“Hafka”) kurasiyasında olub. Ötən 10-12 ildə Azərbaycanda həyata keçirilən, dövlət büdcəsindən, beynəlxalq maliyyə institutlarından, Dövlət Neft Fondundan maliyyələşdirilən yol-infrastruktur layihələrinin əksəriyyətini podratçı kimi bu şirkət həyata keçirib.
Lakin 2012-ci ildə bu şirkət ətrafında müəmmalı proseslər başlayıb. Şirkətin rəhbəri, Türkiyə vətəndaşı Bülent Karani qəfildən, gecə ilə Azərbaycandan qaçıb. Mətbuatda xəbərlər yayılıb ki, Beynəlxalq Bankın rəhbərinin adamları ertəsi gün şirkətə gələrək onun bütün əmlakını, Dərnəgüldə yerləşən ofisini, ərazisini ələ keçiriblər.

Beynəlxalq Bankın rəhbəri Cahangir Hacıyev həmin vaxtdan şirkətə öz adamı Mehdi Əliyevi rəhbər təyin edib. Bu şirkətdə “Hafka”nın da 285 milyon dollarlıq yatırımı olub. Hazırda o, pulunu Cahangir Hacıyevdən geri ala bilmir.
Mənbələr bildirir ki, Cahangir Hacıyevin şirkətə nəzarəti ələ almasından sonra “Azərinşaat” MMC-nin fəaliyyəti iflic olub, şirkət faktiki olaraq dağılıb.
Saytın yazdığına görə, Beynəlxalq Bankın işi üzrə həbs olunanlardan biri də 90-cı illərin sonları-2000-ci illərin əvvəllərində məşhur olan Əli Ansuxski adlı iş adamının oğlu Abdul Ansuxskidir. Abdul Ansuxskini “Bandotdel” əməkdaşları xarici ölkələrdən birindən qayıdanda aeroportda saxlayıblar. Ancaq o, banka olan borcunu ödəyə bilib və buraxılıb.






Fikirlər