Oqtay Güləliyev əməliyyatdan ÇIXDI

Avtomobilllə vurulandan sonra ağır vəziyyətdə "City Hospital"a yerləşdirilən hüquq müdafiəçisi Oqtay Güləliyevin əməliyyatı başa çatıb.
"AzerTaym.az" modern.az-a istinadən xəbər verir ki, bu barədə bloger Mehman Hüseynov sosial şəbəkədə məlumat yayıb.
"Şükürlər olsun ki, əməliyyat uğurlu keçib. İnşallah tezliklə tam sağalıb aramıza qatılacaq. Hal-hazırda reanimasiyaya köçürülüb", - o bildirib.

Səhiyyə Nazirliyindən bildirilib ki, Oqtay Güləliyevin əməliyyatı bitib:
 "Hələlik əməliyyat blokundadır. 20 dəqiqəyə reanimasiya şöbəsinə düşürüləcək".

 






Fikirlər