“EVRASCON”-un mövcudluğu kimləri narahat edir?

“EVRASCON”-un mövcudluğu kimləri narahat edir? 

Dövlət müstəqilliyin bərpasından 24 il ötməsinə, bu illər ərzində yeni münasibətlər sisteminə keçid üçün siyasi, hüquqi və iqtisadi islahatların aparılmasına baxmayaraq, düşüncələrdə ciddi dəyişiklik baş verməyib.

 

Cəmiyyətdə özəl mülkiyyətə hörmət ənənəsi formalaşmayıb.

 

Obrazlı desək, dəyişən libasımızdır, libasın içindəki vücud dəyişməyib. Azad bazar iqtisadiyyatı prinsiplərinə əsaslanan iqtisadi münasibətlər sisteminin formalaşmasına baxmayaraq, özəl mülkiyyətə kommunist münasibət hökm sürməkdədir. Bunun çoxsaylı obyektiv və subyektiv səbəbləri var.

Burada Kütləvi İnformasiya Vasitələrinin oynadığı rolu da inkar etmək, təəssüf ki, mümkün deyil. Medianın monitorinqi aparılsa özəl biznes strukturlarına qarşı əsasız çoxsaylı ittihamlara rast gəlmək mümkündür. Belə münasibət mediada çalışan insanların azad bazar iqtisadiyyatının prinsiplərini, işləmə qaydasını bilməməkdən irəli gəlir. Burada bir şirkətin, həm də kifayət qədər uğurlu bur bizne struktur haqqında bəzi media orqanlarında aparılan qaralama kompaniyasını misal göstərməklə, fikirimiz əsaslandıra bilərik.

 

Söhbət Avro-Asiya İnşaat Korporasiyası “EVRASCON” qarşı aparılan qaralama kompaniyasından gedir.

 

“EVRASCON”-un mövcudluğu kimləri narahat edir?İlk öncə qeyd edək ki, bir zamanlar “Azərkörpü” adlanan bu şirkət, 1968-ci ildə Bakı şəhərində SSRİ Nəqliyyat Tikintisi Nazirliyinin nəzdində yaranmış «Körpütikintidəstəsi-100» kimi başlamışdır. 2001-ci ildə keçirilmiş özəlləşdirmə nəticəsində şirkət səhmdar cəmiyyət statusunu alaraq “Azərkörpü” ASC-yə çevrilmişdir.

2013-cü ildə "Azərkörpü" ASC-də keçirilmiş rebrendinq nəticəsində şirkət adını dəyişərək Avro-Asiya İnşaat Korporasiyası “EVRASCON”-na çevrilmişdir. Burada onu qeyd etmək lazımdır ki, bu sadəcə ad dəyişikliyi deyildi. Bu “Azərkörpü” ASC-nin fəaliyyət dairəsinin Azərbaycan sərhədlərini aşaraq Avroasiya məkanında böyük layihələr həyata keçirən bir biznes struktura çevrilməsinə verilən adekvat reaksiya idi.

Bu günə kimi “EVRASCON” Azərbaycanla yanaşı Qazaxıstan, Rusiya, Ukrayna, Özbəkistan, Moldova və Türkiyədə bir sıra uğurlu layihələr həyaata keçirib və bu fəaliyyət bu gün də davam edir. “EVRASCON” Rusiyada həyata keçirdiyi Lenin bəndinin mövcud sahəsinin və Kazanka çayı üzərindəki körpünün yenidən qurulması, Ukraynada, Kiyev vilayəti ərazisində M-06 Kiyev-Çop avtomobil yolunun km 21+767-də yerləşən müxtəlif səviyyəli yol qovşaqlarının və Kiyev-Çop avtomobil yolunun yenidənqurulması və 2 yol qovşağının tikintisi, eləcə də Kiyev vilayəti ərazisində Kiyev-Kovel-Yaqodin avtomobil yolunun böyük bir hissəsinin əsaslı təmiri və Zdvij çayı üzərindən körpünün tikintisi, Qazaxıstanda Aktau limanının genişləndirilməsi, həmçinin Aktau limanının bərə terminalının yenidən qurulması, “Xorqos-Almatı-Şımkent – Özbəkistan Respublikası sərhədi” avtomobil yolunun və “Şımkent” respublika əhəmiyyətli avtomobil yolunun bir hissəsinin yenidən qurulması kimi layihələr bu şirkətin artıq postsovet məkanında güvənilən bir biznes struktur olmasından xəbər verir. Avroasiya məkanında çoxsaylı uğurlu layihələrə imza atan “EVRASCON”-un fəxr edə builəcək layihələri arasında Bakı şəhərində, Koroğlu metro stansiyasının yaxınlığında yerləşən nəqliyyat qovşağının, Ələt-Astara avtomobil yolunun 55 km-də Kür çayı üzərində və Hacıqabul-Horadiz yolunda Kür çayı üzərində körpülərin tikintisi, eləcə də Taxtakörpüdə su anbarının və HES tikintisi kimi strateji əhəmiyyətə malik inşaat işləri vardır. Əlbətdə bu qeyd etdiklərimiz “EVRASCON”-un həyata keçirdiyi layihələrin yalnız bir qismidir. Bu şirkətin həyata keçirdiyi bütün layihələri qeyd etməyə ehtiyac da görmürük. Necə deyərlər dənizin suyunun dadını bilmək üçün bütün dəryanı içməyə ehtiyac yoxdur. Ancaq yuxarıda qeyd etdiyimiz layihələrin, eləcə də Vəlvələçay-Taxtakörpü kanalının

və Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanın tikintisinin bu şirkətə həvalə edilməsi, “EVRASCON”-una göstərilən etimaddan xəbər verir.

 

Ancaq bütün bunlarla yanaşı şirkətin fəaliyyətini qaralamaq istəyənlər də tapılır.

 

Burada rəqib şirkətlərin rəqabəti başqa üsullarla aparmaq istəməsi kimi məqamlar da tapmaq olar. Lakin, ən əsası azad bazar iqtisadiyyatı zamanı bir biznes strukturun öz fəaliyyətini tələb-təklif əsasında qurmasını bilməməkdən irəli gəlir.

Məsələn, bəzən şirkətə qarşı belə ittihamlara rast gəlmək olur ki, “EVRASCON”-da İXTİSARLAR APARILIR. Bu məqam bunu yazanların bazar iqtisadiyyatının ana prinsipindən xəbərsiz olmasından xəbər verir. Azad bazar iqtisadiyyatının bərqərar olduğu bütün ölkələrdə, hətta dünyanın ən inkişaf etmiş ölkələrinin ən qabaqcıl şirkətlərində belə bazarın ana qanuna uyğun bəzən ixtisarlar aparılır.

Dünyanın ən böyük şirkətləri işləri azalanda ixtisarlar aparır, işləri artanda isə əlavə işçi qəbul edirlər. Bu sadəcə olaraq bazar iqtisadiyyatının qanunudur. Bundan başqa əmək haqqlarının bəzən gecikməsi kimi hallar da bütün dünyda, bütün şirkətlərdə müşahidə oluna bilir. Bir şirkətə verilən qiymətin əsasında isə onun məhsulunun keyfiyyəti və qanunlara riayyət etməsi ilə ölçülür. Əgər “EVRASCON”-nun məhsulu, həyata keçirdiyi layihələr keyfiyyəti ilə seçilməsəydi bu şirkətə dünyanın bir çox ölkəsində bunca strateji layihələr etibar etməzdilər. 

 

“EVRASCON”-un mövcudluğu kimləri narahat edir?
“EVRASCON”-un mövcudluğu kimləri narahat edir?
“EVRASCON”-un mövcudluğu kimləri narahat edir?

“EVRASCON”-un mövcudluğu kimləri narahat edir?
“EVRASCON”-un mövcudluğu kimləri narahat edir?
“EVRASCON”-un mövcudluğu kimləri narahat edir?
“EVRASCON”-un mövcudluğu kimləri narahat edir?
“EVRASCON”-un mövcudluğu kimləri narahat edir?

“EVRASCON”-un mövcudluğu kimləri narahat edir?

 

 






Fikirlər