Elmira Rəhimova xəstəxanaya yerləşdirildi - FOTO
“AzerTaym.az” ölkə.az-a istinadən xəbər verir ki, bu sözləri Hacı Nuran “facebook” səhifəsində Elmira Rəhimovanın xəstəxanaya yerləşdirilməsi barədə məlumat verərkən qeyd edib. “Elmira Rəhimova mənə anam qədər əziz olan bir insandır ... Onun barəsində nə qədər yazsam, yenə azdır. Elmira Rəhimovanın Azərbaycan incəsənətində xüsusi yeri var. Ən azından heç kim onun kimi hind mahnılarını cani-dildən, sevə-sevə oxumadı. Açığını desəm, mən nəinki hind mahnılarını, elə Hindistanın özünü də Elmira xanıma görə sevdim. O cür böyük sənətkarı xəstə çarpayısında görmək mənə də çox pis təsir etdi. Amma həmişəki kimi optimistdir. Arzusunu da dedi "Bir bağ evim olsun, gedim oturum həyətdə. Doyunca nəfəs alım". Yastığın yüngül olsun, Elmira ana. Allahdan sənə ancaq və ancaq şəfa diləyirəm”.