"Əsəbiləşəndə adım da yadımdan çıxır" -Elmira Rəhimova: FOTO
- Elmira xanım, necəsiniz, səhhətinizdə irəliləyiş varmı?
- Şükür, pis deyiləm. Səhhətimdə bir az irəliləyiş var. Məni, əsasən, təzyiqim incidir.
- Tədbirlərə, məclislərə də getmirsiniz?
- Yox, heç yerə getmirəm.
- Bu, səhhətinizlə bağlıdır?
- Sadəcə, getmirəm.
- Bəs mətbuatdan niyə qaçırsınız?
- Jurnalistlər həmişə dediklərimi bəzəyirlər. Ona görə də haqqımda heç nəyin yazılmasını istəmirəm.
- Belə başa düşdüm ki, incikliyinizin səbəbi budur.
- Jurnalistlər birinin də üstünə on beşini qoyub öz xeyirlərinə yazırlar.
- Mətbuatdan bu qədər qaçmaq da doğru deyil axı.
- Dəfələrlə müsahibə vermişəm, sonra oxumuşam ki, dediklərim qalıb bir tərəfdə. Əsəbiləşəndə adım da yadımdan çıxır. Nə vaxt rahat danışa bilsəm, geniş müsahibə verəcəyəm. Çox yerdən zəng vururlar, amma imtina edirəm.