Yaşar Nurinin efirə getməyən son kadrları
Biz sizə Yaşar Nurinin ölümündən öncə sonuncu rolunu təqdim edirik. Bu kadrları görən ilk siz olacaqsız.
Artıq bir neçə ildir Türkiyədə yaşayan Azərbaycanın xalq artisti Cahangir Novruzov yaxın dosdu haqqında olan fikirlərini bölüşdü: “O müalicə olunmaq üçün İstanbula gəldiyində cəmi bir neçə dəfə onu ziyarət etdim. İlk dəfə onun yanına getdiyimdə həyat yoldaşı bildirdi ki, Yaşar artıq kaprizlərini bildirməyə başlayıb Bakıya evinə qayıtmaq istəyir. Mən hər zaman onu Yaşka deyə adlandırırdım. Düzdür həyat bizi dünyanın ayrı-ayrı nöqtələrinə spələdi. Təmiz bakılı olmağıma baxmayaraq Bakıda yaşamırdım. Yaşar ilə yaxın münasibətlərimiz olub, uşaqlıqdan bir yerdə böyümüşük. Heç bir zaman aramızda söz-söhbət olmayıb. O çox möhkəm insan idi, bu möhkəmliyin arxasında dürüst insan dayanırdı”.
Yaşar Nuri sənətdən doymurdu. Fərq etməz qısa və ya böyük, hər bir rolu oynayırdı. O, bu sənətin xəstəsi idi. Bunlar hamısı dahi şəxsin istedadından irəli gəlirdi".
Aktyorun yaxın dostu eləcə də onunla hər şeyin asan olduğunu bildirib: “Bir-birimizi gözəl tamamlayırdıq. Tamaşa zamanı səhnədə biz onunla topu yerə düşməyə qoymayan iki tenisçi kimi idik”.