Neftçalanın baş həkimi də HƏBS OLUNDU...
Xəbər verdiyimiz kimi, dünən Dövlət Təhlükəsizliyi Xidmətinin xüsusi təyinatlıları Neftçala rayon icra hakimiyyətinin başçısı İsmayıl Vəliyevi rüşvət alarkən saxlayıb.
"AzerTaym.az" xəbər verir ki, Unikal.org-un əldə etdiyi məlumata görə, saxlanılan şəxslər arasında Neftçala Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Telman Zahidov da var.
Bu barədə məlumatı xəstəxanadan təsdiqləyiblər.