Koronavirusa yoluxanların çoxu Bakıdandır - Ölkə üzrə STATİSTİKA
Azərbaycanda koronavirus xəstələrinin hansı bölgələrdən olduğu müəyyənləşib. "AzerTaym.az" xəbər verir ki, virus aşkarlanan şəxslərin 149-u Bakıdandır. Onlardan ən çoxu paytaxtın Yasamal (27), Binəqədi (23), Nəsimi (23), Nərimanov (19) rayonlarına düşür. Abşerondan olan koronavirus xəstələrinin sayı 9, Sumqayıtda isə bu göstərici 6-ya bərabərdir. Paytaxın digər rayonlarında virusa yoluxanların sayı isə belədir: Xətai rayonu - 13, Səbail rayonu- 10, Qaradağ rayonu - 9, Sabunçu rayonu - 7, Suraxanı rayonu - 5, Pirallahı - 2, Xəzər rayonu - 3, Nizami rayonu - 2, Qeyri-müəyyən - 6 Bölgələrə nəzər saldıqda isə, cənub zonasın daha çox yoluxma qeydə alınıb. Lənkəranda və Cəlilabadda müvafiq olaraq 18 və 15 yoluxan şəxs var. Koronavirusa xəstələrinin 98 nəfəri isə ölkə xaricindən gələnlərdir. Digər bölgələr üzrə göstəricilər: Salyan - 12, Qusar - 9, Tovuz - 5, Neftçala - 4, Astara - 3, Naftalan - 3, Daşkəsən - 3, Füzuli - 3, Xaçmaz - 3, Zaqatala - 3, Ucar - 3, Ağdam - 2, Ağdaş -2, Quba -2, Masallı, Siyəsən, Xızı, Qəbələ, Tərtər, Qax, Qazax, Biləsuvar - 1. Qeyd edək ki, bu günə qədər Azərbaycanda 443 nəfər koronavirusa yoluxub. Onlardan 32 nəfəri sağalıb, 5 nəfəri isə dünyasını dəyişib. Aktiv 406 koronavirus xəstəsinin müalicəsi isə davam etdirilir. /Koronavirusinfo.az